vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:21 | 15 iyun 2017 | Cümə axşamı Məqaləyə 3384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin Cocuq Mərcanlı səfərinə sözardı...

İlham Əliyevin beynəlxalq aləmə verdiyi 2 mühüm mesaj nədir?

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda
  • Prezident Cocuq Mərcanlıda

MÖVZUYA AİD VİDEO

  • Prezident Cocuq Mərcanlıdan mesajlar verdi

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bölgəyə səfəri zamanı maraqlı açıqlama verib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında sürətlə silahlanmanın mütləq şəkildə silahlı münaqişəyə səbəb olacağını düşünmək doğru deyil.

Ceyms Appaturay bildirib ki, «soyuq müharibə» dövründə SSRİ ilə ABŞ da külli miqdarda silah ehtiyatı toplamışdı, lakin müharibə etmədi:

«Sürətlə silahlanma aparmaq olar, amma bunun mütləq müharibəyə gətirib çıxaracağını düşünmək olmaz».

Politoloq Elxan Şahinoğlu şərhində deyib ki,  Ceyms Appaturayın Ermənistanla Azərbaycan arasındakı konflikti ABŞ-la SSRİ arasındakı qarşıdurmaya bənzətməsi mübahisə doğurur.

«Birincisi, ABŞ və SSRİ nüvə dövlətləri idi və bu iki dövlət arasında müharibənin başlamamasına bu faktor təsir edirdi. Nüvə silahı hər iki dövləti müharibədən sığortalayırdı.

İkincisi, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və münaqişə davam edir. Nə SSRİ ABŞ ərazisini, nə də ABŞ SSRİ ərazisini işğal etmişdi.

Üçüncüsü, nüvə faktoruna baxmayaraq, ABŞ və SSRİ bir neçə dəfə müharibə riski ilə üz-üzə qaldı. Sovet və Amerika tankları Berlində üz-üzə gəldi, daha sonra Karib böhranı yaşandı və iki dövlət müharibənin bir addımlığında idi», - deyə E. Şahinoğlu söyləyib.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistan sürətlə silahlanırlar. Və Azərbaycanın maliyyə imkanları silah vər hərbi texnikaya milyardlarla dollar xərcləməyə imkan verir.

«2000-ci ilə qədər bölgədə atəşkəsə riayət olunurdu. İndi isə vəziyyət tam fərqlidir. Hər iki dövlət xeyli silahlanıb, bu faktor da cəbhə bölgəsindəki gərginliyi və müharibə riskini artırır.

Bu arada, prezident İlham Əliyev Cəbrayılın Cocuq Mərcanlı kəndində oldu. Keçən ilin aprelinə qədər Cocuq Mərcanlıda yaşayı yox idi. Çünki Ermənistan ordusu yaxınlıqdakı təpədən kəndi atəş altında saxlayırdı. 2016-cı ilin aprel döyüşlərində Lələ-Təpə yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçdi. Bununla da Cocuq Mərcanlı kəndinin yenidən qurulması və məcbur köçkünləri kəndə köçürmək üçün şərait yarandı. İlham Əliyev iyunun 14-də kəndin bərpa olunan evləri, məktəbi, məscidi və digər infrastrukturları ilə tanış oldu. Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır».

Politoloqun sözlərinə görə, ölkə başçısının Cocuq Mərcanlıya səfəri beynəlxalq aləmə verilən iki mühüm mesajdır.

«Birinci mesajın əhəmiyyəti odur ki, kənddə bərpa işləri başa çatıb və Azərbaycan hökuməti işğal altındakı digər kəndləri və şəhərləri də bərpa etməyə və ora məcburi köçkünləri yerləşdirməyə hazırdır.

İkinci mesajın əhəmiyyəti odur ki, rəsmi Bakı Cocuq Mərcanlı kimi digər kəndlərin də hərbi yolla azad edilməsini təmin edə bilər. Cocuq Mərcanlı kəndi sülh yolu ilə azad edilmədi, bu hərbi əməliyyatın nəticəsi idi. Bu o deməkdir ki, danışıqlar nəticə verməsə Cocuq Mərcanlı prosesi davam edə bilər».

E.Şahinoğlu bu məqama diqqət çəkib ki, dövlət başçısı İlham Əliyevin Cocuq Mərcanlıya gəlişi ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri ilə üst-üstə düşdü. Onun sözlərinə görə, bu mənada həmsədrlərin Cocuq Mərcanlıya səfəri də təşkil etmək aktualdır.

«Həmsədrlər əvvəlcə İrəvanda oldular, oradan Dağlıq Qarabağa gəldilər. Həmsədrlərin Bakıya da səfəri nəzərdə tutulub. Bakıdan sonra onların Qarabağa aid Cocuq Mərcanlıya səfərinin təşkili də aktualdır. Erməni separatçılarının nəzarətindəki Xankəndidə olan vasitəçilər Azərbaycanın nəzarətindəki Cocuq Mərcanlıda olmasına da ehtiyac var».