vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
18:55 | 15 iyun 2017 | Cümə axşamı Məqaləyə 2575 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aya 5000 dollara «ruhlar yaşayan evdə» qulluqçu olardınızmı?

Son bir ildə 5 dayə dəyişilib

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, Şotlandiyada bir ailə onlarla bir evdə yaşayacaq dayə-xidmətçi axtarır. Ailə bu dayəyə ildə 50 min funt sterlinq (64 min dollar) maaş verməyə hazırdır.

Dayə elanda deyildiyinə görə «bu ecazkar, tarixi və mənzərəli evdə 5 yaşlı uşağa baxacaq».

Amma bu işin içində bir «balaca» əngəl də var. Sahibləri yazırlar ki, ev tilsimlənib və burada «ruhlar» gəzişir və «fəaliyyət göstərirlər».

Childcare.co.uk elanlar saytında uşağın anası yazır ki, «bizə bu evi satanda onun əsfunlanmış olduğunu demişdilər, amma onu hər halda aldıq və artıq on ildir ki, burada yaşayırıq».

«Ötən bir il ərzində bizi 5 dayə tərk edib. Onların hamısı evdə fövqəltəbii insidentlərlə qarşılaşdırqlarını deyirdilər», - yazır uşağın anası.

Dayələrin fövqəltəbii hadisə adlandırdığı isə «qeybdən gələn qəribə səslər, qabların düşüb sınması və mebelin hərəkət etməsidir».

«Lakin bizim özümüzə gəldikdə, biz iz evdə heç bir qeyri-təbii halla qarşılaşmamışıq. Həm də bu hadisələr biz evdə olmayan vaxtlarda baş verib. Odur ki, biz hətta elan etdiyimiz puldan da artıq maaş verə bilərik», - yazır qadın.

Childcare.co.uk saytının direktoru Riçard Konvey (Richard Conway) deyir ki, «biz bu elanı görəndə şoka düşdük».

«Amma sonradan ev sahibləri və orada işləmiş dayələrlə söhbətlər apardıq və başa düşdük ki, deyilənlər inandırıcı səslənir» - deyib Riçard Konvey.

O ümid etdiyini bildirib ki, bu nəzakətli ailə istədiyi işçini tapa biləcək.

Konvey etiraf edib ki, o, müxtəlif evlərdəki qəribə hallar barədə çox eşidib, amma beləsi heç olmayıb.

Ev sahibləri isə israr edirlər ki, «ruhlar» hələ indiyədək heç kimə xəsarət yetirməyiblər. Sadəcə olaraq dayə bir qədər cəsarətli adam olmalıdır.