vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
PROBLEM  
21:46 | 15 iyun 2017 | Cümə axşamı Məqaləyə 3070 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Acınacaqlı vəziyyət hökm sürür»

Eyyub Hüseynov: «Ötən ildən qalan dondurmalar bu il yenidən satışa çıxarılır»

ÜLVİYYƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dondurmaların keyfiyyəti ilə bağlı təşkilatımıza hər həftə azı 10 müraciət daxil olur». Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

E.Hüseynovun sözlərinə görə, hazırda 20-dən çox dondurma istehsalçısı var. Lakin onlardan yalnız birinin istehsal etdiyi məhsulların keyfiyyət göstəricisi norma daxilində olub. «Dondurma bazarında acınacaqlı vəziyyət hökm sürür. Ötən il satılmayan, istifadə müddəti ötmüş  dondurmalar bu il təkrar satışa çıxarılır. Halbuki dondurmanı təkrar dondurmaq olmaz. Məhsulun tərkibinə qatılan ərzaqlardan tutmuş qablaşdırılmasınadək standartlara, hətta gigiyenik şərtlərə riayət edilmir», - hüquq müdafiəçisi deyib.

Sahibkarlığın inkişafı məqsədilə yoxlamaların 2 il müddətində dayandırılması da bazarın çirklənməsinə səbəb olub. E.Hüseynov söyləyir ki, hökumətin sahibkarlar üçün yaratdığı bu şəraitdən su-istifadə edənlər çoxdur. «İstehsal müəssisələrində yoxlamalar aparılmır, ona görə də dondurmanın içindən nə istəsən çıxır. Dondurma yüksək kalorili məhsul olduğundan saxlama şəraitinə və yararlılıq tarixinə riayət edilməsi vacibdir. Dondurma istehsalında yalnız kərə yağından istifadə edilməlidir. Amma müşahidələr və şikayətlər göstərir ki, dondurmaya kərə yağı deyil, marqarin və bitki yağları qarışdırırlar. Bundan əlavə, dondurmanın tərkibinə quru süd qarışdırılır, halbuki məhsulun qablaşdırılmasında yalnız təbii süddən istifadə edildiyi göstərilir», - E.Hüseynov söyləyib.

Qeyd edək ki, dünən dondurmanın içindən toyuq sümüyü çıxması ilə bağlı məlumatlar yayılıb.