vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
09:11 | 16 iyun 2017 | Cümə Məqaləyə 2363 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ADY beynəlxalq məsləhətçi axtarır

QSC də xarici borcların restrukturizasiyasına hazırlaşır?

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (ADY QSC) maliyyə məsələləri üzrə beynəlxalq məsləhətçi axtardığı barədə elan verib. Virtualaz.org xəbər verir ki, bu barədə «Reuters» bildirir. ASC-nin electron poçt üzərindən yaydığı qısa elanda göstərilir ki, maliyyə konsultantının rolu ADY üçün gələcək kapital qoyuluşlarının maliyyələşdirilməsi üçün münasib variantların öyrənilməsindən və «ola bilsin müəyyən mövcud borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi» mexanizmlərini hazırlamaqdan ibarət olacaq.

Elanda «Azərbaycan Dəmir Yolları» QSC başqa detalar göstməyib. Lakin «müəyən borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi» dedikdə istisna deyil ki, dövlət səhmdar cəmiyyətinin xarici borclarının restrukturizasiyası planı nəzərdə tutulur. «Reuters» xatırladır ki, bu yaxınlarda dövlətə məxsus daha bir şirkət - Azərbaycan Beynəlxalq Bankı 3 milyard dollarlıq xarici borclarının restrukturizasiyasını elan edib.

Xatırladaq ki, Azərbaycanın dövlət şirkətləri-SOCAR, «Azərbaycan Dəmir Yolları», AZAL, «Azərenerji» və digərləri son illərdə milyardlarla dollarlıq xarici borcun altına giriblər. Bu, beynəlxalq maliyyə təşkilatlarından alınmış kreditlər hesabına baş verib.