vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
01:07 | 16 iyun 2017 | Cümə Məqaləyə 2378 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bataqlıqda batan səhrada qovrulandan dəstək istəyir

... Və ya öz xalqına qarşı rəhimsiz adam kənarda rəhman axtarır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Xatırlayırsınızsa, Qırğızıstan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) mart ayında Pakistanda keçirilən toplantısında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suverenliyini vurğulayan maddəyə səs verməkdən imtina etmişdi. Növbəti qeyri-adi addım Tacikistan Prezidenti İmaməli Rəhmandan gəldi».

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Tackisitan prezidenti İrəvanda iki günlük rəsmi səfərdə olduğuna diqqət çəkən politoloq bildirib: «Ermənistana rəsmi səfər etmək onun hüququdur, buna deyəcək sözümüz yoxdur, sadəcə, prezidentlərin birgə bəyanatındakı bir müddəa sual doğurur. Həmin müddəada deyilir ki, Tacikistan və Ermənistan Mərkəzi Asiyada və Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunması üçün xarici siyasətlərini koordinasiya (?!) edəcəklər.

Birincisi, Tacikistanın Cənubi Qafqazda nə işi var, Əfqanıstandan gələn təhlükənin dərdini çəksin! İkincisi, kiçik Ermənistan Mərkəzi Asiyada nəyi Tacikistanla koordinasiya edə bilər ki! Azərbaycan torpaqlarını hərb yoluyla azad etməyə başlasa, İslam Konfransı Təşkilatı çərçivəsində daima Azərbaycanın ərazi bütövlüyünə səs verən və sözdə işğalı pisləyən Düşənbə Ermənistanınmı tərəfini tutacaq?»