vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
13:52 | 16 iyun 2017 | Cümə Məqaləyə 2243 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«WannaCry» virusu Şimali Koreyadan göndərilib?

Britaniya kəşfiyyatı «Lazarus» qrupundan şübhələnir

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) may ayında 150 ölkədə hökumət, səhiyyə və özəl şirkətlərə aid 200,000-dən çox kompüterin işinə təsir göstərmiş «WannaCry» virusunun Şimali Koreya-dan göndərildiyini bildirib.

Bu barədə BBC-ə NCSC-dəki mənbələr bildirib.

NCSC «WannaCry» virusu ilə bağlı aparılan beynəlxalq istintaqa başçılıq edir.

«Kaspersky Lab» və «Symantec» şirkətləri bundan əvvəl bildirmişdilər ki, «WannaCry» hücumunun arxasında «Lazarus» qrupu dayana bilər.

May hücumunun arxasında «Lazarus» hakerlərinin durduğu ehtimalını bir qədər əvvəl ABŞ xüsusi xidmət orqanları da irəli sürmüşdü.

İndi bu qənaətə Britaniya ekspertləri də gəlib.

«Lazarus» qrupu eləcə də, «Hidden Cobra» və «Guradians of the Peace» adlarından da istifadə edir.

Qərbdə hesab edirlər ki, bu qrup «Bureau» 121 adı ilə tanınan Şimali Koreya kəşfiyyatının kiber şöbəsi ilə bağlıdır.

Bu şöbə barədə BBC-ə 2015-ci ildə Şimali Koreyadan qaçmış informatika professoru Kim Honq Kvanq (Kim Heung-Kwang) danışıb. Onun sözlərinə görə, həmin şöbədə 6 minə yaxın «hərbi haker» çalışır.

Onlar rabitə xətləri və peyklərə kiber hücumlar təşkil etməklə məşğuldur.

Həmin mənbəyə əsasən, «Bureau» 121 Şimali Koreya hökumətinin prioritet layihələrindən biridir.

Qərb ekspertləri «Lazarus qrupunu «Bureau» 121-in tərkib hissəsi sayır.

Güman edildiyinə görə, 2014-cü ildə «Sony Pictures» kino şirkətinə edilmiş hücumun arxasında məhz bu qrup dura bilərdi.

«Sony Pictures»in həmin ildə çəkdiyi müsahibə filmində Şimali Koreya liderinin qətlə yetirilməsi səhnəsi təsvir olunmuşdu.

Keçən il Asiya Mərkəzi banklarına edilmiş hücumun da «Lazarus» qrupu tərəfindən təşkil edildiyi güman olunur.

O zaman hakerlər həmin banklardan 101 milyon dollar çıxararaq başqa ölkələrə köçürmüşdülər.

«WannaCry» kompüter fayllarını bloklayaraq istifadəçidən faylların açılması üçün 300 dollar ödəniş tələb edir.