vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
16:34 | 16 iyun 2017 | Cümə Məqaləyə 2186 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xameneyi türk olsaydı, ...»

Ərdəbilin keçmiş millət vəkilindən sensasion açıqlamalar: «... onun mütləq şərəf və cəsarəti olardı...!»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ərdəbilin İran parlamentindəki keçmiş millət vəkili Dr. Nurəddin Pirmüəzzin bir internet təlim mərkəzinə verdiyi eksklüziv müsaibədə İranda vilayət-i fəqih diktatorluğu, azərbaycanlıların buna qarşı mübarizəsi və İranın dini lideri Əli Xameneyinin türk olmaması ilə bağlı diqqətçəkici fikirlər söyləyib.

Keçmiş millət vəkili söhbətinin bir hissəsində deyib ki, «İslam inqilabının əvvəllərində azərbaycanlılar Təbriz, Zəncan, Urmiyə və Ərdəbildə yeni diktatorluq üsulu, yəni Vilayət-i fəqih məfhumu və maddəsinə qarşı qiyam etdilər, həmin zaman İsfahan, Şiraz və Məşhəddə Azərbaycana qarşı qiyam oldu». O həmçinin islam inqilabından sonra İranın birinci prezidenti Əbulhəsən Bənisədrin konstitusiyada vilayət-i fəqih maddəsinin təsdiqlənməsində oynadığı rola işarə edib.

Dr. Nurəddin Pirmüəzzin, vilayət-i fəqih postunu sərt tənqid etdikdən sonra müsahibə verdiyi müxbir Ə.Xameneinin də türk olduğunu deyib. Keçmiş millət vəkili ona cavab olaraq Ə.Xameneinin türk olmadığını bildirib və vurğulayıb ki, «Xamenei türk olsaydı, mütləq şəfəri və cəsarəti olardı və bu gün İranda siyasi vəziyyət belə olmazdı».

Universitet müəllimi Dr. Nurəddin Pirmüəzzin İranda 6 və 7-ci parlamentdə Ərdəbilin millət vəkili və Parlamentin Səhiyyə Komissiyasının üzvü olub. O 8-ci parlament seçkilərinə öz namizədliyini irəli sürüb, lakin hökumət səlahiyyətini rəd edərək onu namizəd kimi qeydiyyata almaqdan imtina edib. O bundan sonra «Amerikanın səsi»nə verdiyi müsahibədə islam cümhuriyyətini sərt tənqid edib və bununla da ölkədən çıxmağa məcbur olub. Dr. Nurəddin Pirmüəzzin hazırda Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayır.

Ə.Xameneinin türk olmasına gəlincə isə bu, Güney Azərbaycanın ictimai rəyinə təsir etməyə hesablanıb və yalan bir iddiadan başqa heç nə deyil. Rejim tərəfdarları bununla türklərin ölkə idarəçiliyində yüksək rütbələrdə təmsil olduğunu göstərmək istəyirlər. Əli Xamenei Məşhəddə doğulub. Onun valdeynləri fars olub. Sonralar Xameneyi ailəsi Azərbaycanın Xamenə şəhərinə köçüb və bir müddət bu şəhərdə yaşayıblar. Anti-türk qüvvələrin bu stratejik yalanı yaymaqda xüsusi rolu var.