vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
OLAY  
14:43 | 16 iyun 2017 | Cümə Məqaləyə 1554 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aeroportdan şəhərin mərkəzinə 1000 dollara

Rusiyada taksi şoferi Çilidən olan jurnalisti «soyub»

G.ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvaya səfərə gələn Çilidən olan jurnalistdən taksi sifarişinə görə fantastik məbləğ tələb olunub. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Çilidən olan jurnalist Dieqo Qaspar Saez Miranda FİFA Konfederasiyalar Kubokunda iştirak etmək üçün Moskvaya gələrkən «Domodedovo» aeroportundan otelə qədər məsafə üçün taksiyə 1000 dollar ödəyib.

Çili radiosunun əməkdaşı olan Miranda sürücüdən onu «Crowne Plaza» otelinə aparmasını xahiş edib. O, xidmətin məbləği ilə yalnız otelə çatandan sonra tanış olub.

Sürücü bildirib ki, qonaq 60 min rubl, təxminən 1000 dollar ödəməlidir. Sonra o, müştəriyə 10 min rubl qaytarıb.

Aldandığını anlayan çilili hüquq-mühafizə orqanlarına müraciət edib və polis sürücünün axtarışlarına başlayıb.