vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
19:56 | 16 iyun 2017 | Cümə Məqaləyə 1798 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Beynəlxalq münasibətlərin sonu olar»

Hans Yoahim Hayns: «Ermənilərin məntiqi ilə yanaşsaq, gərək dünyada 3 mindən çox dövlət olsun»

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT beynəlxalq hüquqa əməl etməyən və bu beynəlxalq təşkilatın qərarlarını yerinə yetirməyən ölkələrə təzyiq göstərməlidir. «Trend» xəbər verir ki, bunu Bakıda Almaniyanın Bohum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans Yoahim Hayns Ermənistan tərəfindən uzun illərdir BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsinə münasibət bildirərkən deyib.

Professor qeyd edib ki, Dağlıq Qarabağ ermənilərinin müstəqil dövlət elan etmək və öz müqəddəratlarını təyin etmək hüququ yoxdur: «Çünki onlar Azərbaycanda milli azlıqdırlar. Belə məsələləri isə bütün ölkə əhalisi həll etməlidir. Əgər məsələyə ermənilərin məntiqi ilə yanaşsaq, gərək dünyada 3 mindən çox dövlət olsun. Bu isə beynəlxalq münasibətlər sisteminin sonu deməkdir».

O bildirib ki, Dağlıq Qarabağ ərazisində qeyri-qanuni rejim Ermənistanın müdaxiləsi nəticəsində yaranıb: «Mən həmişə ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ məsələsində həm öz müqəddəratını təyin etmə hüququ, həm də Azərbaycanın ərazi bütövlüyü prinsipini yanaşı xatırlatdığına görə tənqid edirəm».

Ekspert deyib ki, xarici oyunçular status-kvonun saxlanmasında maraqlıdırlar: «Buna görə də münaqişə tərəfləri, o cümlədən vətəndaş cəmiyyəti səviyyəsində bir-biri ilə birbaşa danışıqlar aparmalıdırlar».