vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
21:02 | 16 iyun 2017 | Cümə Məqaləyə 2510 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mirzayi aclıq aksiyasına başlayır

Güneyli fəal bununla bağlı məktub göndərib

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda dinc mübarizə apardığına görə 11 aydır Tehranın Evin zindanında saxlanılan tanınmış fəal Siyamək Mirzayi, həmin həbsxananın 8-ci korpusunun rəisinə açıq məktub yazaraq vəziyyətinin qeyri-müəyyənliyinin davam etdirilməsinə etiraz bildirib.

Fəal öz məktubunda bildirib ki, əgər Apellyasiya Məhkəməsinə təqdim ediləcək onun dosyesində olan maneələr aradan qaldırılmasa və müvəqqəti azadlığa buraxılması üçün təyin edilən mülki vəsiqə girovu məbləğinin azaldılması üçün güzəştə gedilməsə, o, bu qeyri-müəyyən vəziyyətin davam etdirilməsinə etiraz əlaməti olaraq iyunun 17-dən aclıq aksiyasına başlayacaq: «Aclıq aksiyası dövründə mənə yetiriləcək hər hansı bir fiziki və psixi zərər-ziyanın məsuliyyəti isə, ETTELAAT Nazirliyi əməkdaşlarının, Məhkəmə Sistemi orqanlarında çalışan şəxslərin, Tehran və Muğan Parsabadının şəhər məhkəmə prokurorlarının, eləcə də müstəntiq Rəcəbi və hakim Həsəninin üzərinə düşəcək».

«ETTELAAT» əməkdaşları, 36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. Tutulduqdan sonra, o əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. O, hazırda həmin həbsxananın 8-ci korpusunda saxlanılır.

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və  qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

Bundan əvvəl fəalın Apellyasiya Məhkəməsinin mayın 17-də keçiriləcəyi bildirilsə də, həmin gün, onun işi (dosyesi) məhkəməyə təqdim edilmədiyinə və digər naməlum səbəblərə görə məhkəmə iclası yenidən təxirə salınıb. Məhkəmənin dəqiq vaxtı barədə hər hansı bir məlumat verilməyib.