vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
21:09 | 16 iyun 2017 | Cümə Məqaləyə 1996 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yalan iddialar ictimai şüura təhqirdir»

Nadir Qazipur: «Hökumət göldə suyun azaldığına dair sənədləri gizli saxlayır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Urmiya Gölünü Bərpası Mərkəzini bölgə əhalisi və Urmiya gölünə xəyanətdə ittiham edib.

Bu barədə «Fars news» xəbər agentliyinə danışan millət vəkili bildirib ki, «Urmiya gölünün hazırkı vəziyyəti və gölün canlandırılması ilə bağlı statistik məlumat, hökumət rəsmilərinin açıqlamalarına qətiyyən uyğun gəlmir».

O sözlərinin davamında deyib: «Gölün canlandırılması üçün ayrılan vəsait, Urmiya Gölünü Bərpası Mərkəzinin vasitəsi ilə parlament və prezident seçkilərinə xərclənib. Həqiqət budur ki, mərkəzin rəsmiləri və yerli məsullar Urmiya gölünə və Urmiya əhalisinə xəyanət ediblər».

Azərbaycanlı millət vəkili bundan öncə də bərpa mərkəzinin fəaliyyətini sərt tənqid edərək onu qeyri-şəffaflıqda ittiham edib: «Biz Urmiya Gölünü Bərpası Mərkəzinin qeyri-şəffaf fəaliyyətindən narazıyıq. Mərkəz büdcə vəsaitini harada xərclədiyini dəqiq olaraq açıqlamalı və bu barədə şəffaflıq təmin olunmalıdır».

Millət vəkili həmçinin Həsən Ruhani hakimiyyətini yaydığı yalan şayiələrə görə sərt tənqid edib. «Məntəqə Su İdarəsinin açıqladığı məlumata əsasən Urmiya gölündə su azalıb. Hökumət bu barədə həqiqi sənədləri gizlədir və yalan məlumat yayır. Əslində yalan iddialar ictimai şüura təhqirdir. Hökumət göldə suyun azaldığına dair sənədləri gizli saxlayır», - deyə N.Qazipur bir neçə gün öncə mətbuata bildirib.