vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
00:27 | 17 iyun 2017 | Şənbə Məqaləyə 1319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ münaqişəsi ciddi təhdidə çevrilib»

ABŞ Helsinki Komissiyasından açıqlama

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarabağ münaqişəsində kövrək nə hərb, nə sülh vəziyyəti Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyə ciddi təhdidə çevrilib. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ Helsinki Komissiyasının Qarabağ üzrə məruzəsində deyilir.

Məruzədə qeyd olunur ki, Qarabağ münaqişəsi dünya üzrə ən köhnə və çətin həll edilən ərazi və etnik mübahisələrdən biri olaraq qalmaqdadır. Qarabağ münaqişəsi «dondurulmuş» adlandırılsa da, sürətlə alovlanan xarakterə malikdir və 2016-cı ilin faciəvi «dörd günlük müharibə»si buna sübutdur. «Keçmiş sovet məkanında ən hərbiləşmiş regionlardan birində hərbi əməliyyatlar beynəlxalq ictimaiyyəti qədildən yaxaladı və status-kvonun nə qədər dayanıqsız olduğunu göstərdi», - məruzədə deyilir.

Qeyd olunur ki, Bakı və İrəvan ATƏT-in Minsk Qrupunun təklifi ilə hadisələrin təhqiqi müxanizminin tətbiqi və müşahidəçilərin sayının artırılmasına razılaşıblar. Lakin bu razılaşmaların şərtləri böyük əksəriyyət etibarilə həyata keçirilməmiş qalır və görünür, bunun səbəbi tərəflərin gərginliyin azaldılması perspektivinin daha böyük diplomatik proseslə müşayiət olunması ehtimalında görmələridir.

Məruzənin müəllifləri münaqişənin həllində Moskvanın əlahiddə rolunu qeyd edirlər. ABŞ-ın rəsmi şəxslərinin Moskvanın Minsk Qrupu üzrə tərəfdaş-həmsədrləri ilə işləməsi barədə bəyanatlarına baxmayaraq, Moskvanın status-kvonu özünün geosiyasi maraqları dairəsində nəzərdən keçirib-keçirməməsi aydın deyil. Onların sözlərinə görə, Türkiyənin də rolu həddən artıq vacibdir, belə ki, bu ölkə Azərbaycanla sıx əlaqələrə malikdir və Ermənistan üçün potiensial iqtisadi maraq dairəsindədir.