vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
13:05 | 17 iyun 2017 | Şənbə Məqaləyə 3057 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniya və Avstriya ABŞ-a qarşı

Konqresin Rusiyaya qarşı sanksiya qərarı Avropanı parçalayır

AZƏR, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Donald Trampın prezidenti seçilməsindən sonra ABŞ-la Rusiya arasında gərginliyin aradan qalxacağı barədə ehtimallar özünü doğrultmur. Ola bilsin, Tramp gərginliyin heç olmasa səngiməsini istəyərdi. Lakin məsələ ondadır ki, antirusiya əhval-ruhiyyəsi bu ölkədə o qədər güclüdür ki, Tramp istəsə də, bu, mümkün deyil. Görünən odur ki, Birləşmiş Ştatlar Rusiyanın siyasətinə göz yummaq niyyətində deyil. Bu ölkənin münaqişələrin həllinə mane olması, yeni münaqişə ocaqları yaratması dünya birliyində ciddi narahatçılıq doğurur. Beləliklə, gözlənildiyi kimi ABŞ Senatı Rusiyaya qarşı sanksiyaları möhkəmləndirən qanunu təsdiq edib. Rusiyaya qarşı sanksiyaları qanun halına salaraq, möhkəmləndirən qərara əksəriyyət senatorlar səs verib. ABŞ Senatı ilə yanaşı, Avropa İttifaqının Xarici İşlər Şurası da Rusiyaya qarşı sanksiyaların müddətini 23 iyun 2018-ci il tarixinədək uzatmaq niyyətindədir. Bu barədə Aİ-yə üzv ölkələrin XİN rəhbərlərinin planlaşdırılan iclasında qəbul ediləcək qərar layihəsində bildirilir. Məhdudiyyətlər Aİ vətəndaşlarına və şirkətlərinə Krım və Sevastopoldan Aİ ölkələrinə malların idxalını, bu ərazilərdə turizm xidmətlərinin göstərilməsini qadağa edir. Lakin məsələ ondadır ki, Avropada heç də hamı bu qətnaməni müdafiə etmir. Rusiya tərəfdarları bu sanksiyaya qarşı çıxır.

Məsələn, Almaniya və Avstriya ABŞ Senatında Rusiya üzərinə sanksiyaları möhkəmləndirən qanunun bir neçə maddəsinə ciddi şəkildə etiraz bildiriblər. Berlin və Vyana bildirir ki, bu qanun Avropanın Rusiya qazı ilə təchizatına əngəl yarada bilər. Avstriya və Almaniya bu qanunun daha çox «Şimal axını - 2» kəmərinə aid hissəsi ilə razı deyillər. Yenilənmiş qanunvericilik aktında bildirilir ki, ABŞ Baltik dənizinin dibi ilə çəkiləcək bu kəmərə qarşıdır. Sözügedən kəmər Rusiya qazını Avropaya Ukraynadan yan keçərək nəql etməlidir. Ukraynadakı siyasi vəziyyətə görə, bu ölkə vasitəsilə qazın Avropaya verilməsində əvvəllər fasilələr yaranıb. Avstriya kansleri Krisitan Kern və Almaniya xarici işlər naziri Siqmar Qabriel verdikləri bəyanatla Birləşmiş Ştatları Avropanın qaz təchizatını Ukraynadakı vəziyyətə bağlamamağa çağırıblar. Kern və Qabriel bildiriblər ki, Avropanın qaz təchizatı Birləşmiş Ştatların yox, Avropanın işidir. Bəyanatda «Şimal axını - 2» layihəsinə daxil olan Avropa şirkətlərinin qanundankənar vəziyyətə salınması tənqid edilir. «Şimal axını-2» layihəsinin yarı xərcini Rusiyanın «Qazprom» şirkəti çəkir. Pulun qalan hissəsini «Royal Dutch Shell», Fransanın «Engie», Avstriyanın «OMV», habelə Almaniyanın «Uniper» və «Wintershall» şirkətlərinin daxil olduğu Avropa qrupu ödəməlidir. Birləşmiş Ştatlar əvvəllər Avropadakı müttəfiqlərini «Şimal axını - 2» layihəsinə girişməməyə çağırıb. Vaşinqtonun fikrincə, bu, Avropanı Rusiyadan daha dərin qaz asılılığına salır. Avstriya və Almaniya rəsmilərinin bəzi ehtimallarına görə, ABŞ sadəcə olaraq öz şirkətlərinin xeyrinə Rusiyanı bazardan çıxarmağa çalışır. Birləşmiş Ştatlar bu yaxınlarda Polşaya maye qaz ixracına başlayıb. Qabriellə Kern deyiblər ki, Senatın son qərarı Avropa-Amerika münasibətlərində daha bir mənfi aspektin yaranmasına səbəb ola bilər.

Sanksiyalara Rusiya prezidenti Vladimir Putinin reaksiyası maraqlı olub. O, bildirib ki, Rusiyanın ümumi daxili məhsulu Qərbin sanksiyaları ucbatından cəmi 1 faiz azalıb. Putin Rusiyanın bu sanksiyalardan 50-52 milyard dollar, onu tətbiq edənlərin isə 100 milyard dollar itirdiyini bildirib: «Rusiya hər zaman sanksiyalar altında yaşayıb. Bizə qarşı sanksiyaları, hər zaman rəqabətə hazır olduğumuzu hiss edən kimi tətbiq ediblər. ABŞ Senatında qəbul edilən sanksiyalarda qeyri-adi heç nə yoxdur».

V.Putinin qənaətinə görə, ruslar ABŞ-ı öz düşmənləri saymırlar: «Biz ABŞ-la iki dünya müharibəsində də bir yerdə döyüşmüşük. Rusiya Suriyada əvəzolunmaz təcrübə qazandı. Biz burada yeni silahlarımızı sınaqdan keçirdik. Rusiyanın Suriyadakı əməliyyatları müdafiə sənayesi kompleksinə böyük fayda verdi». Rusiya prezidenti onu da deyib ki, ABŞ Rusiyada keçirilmiş prezident seçkilərinə müdaxilə edib. V. Putin ABŞ-ın Rusiyada keçirilən prezident seçkilərinə daim müdaxilə etdiyini və 2012-ci ildə bunun daha aqressiv hal aldığını söyləyib: «Həm 2000-ci, həm də 2012-ci illərdə bunlar baş verib. 2012-ci ildə bu, xüsusilə aqressiv şəkildə olub«.  Rusiya prezidentinin sözlərinə görə, bu məqsədlə ABŞ Rusiyadakı diplomatlarından istifadə edib: «Bizim amerikalı tərəfdaşlarımız bu barədə xəbərdardır. Mən Con Kerri və Barak Obamaya bunu demişəm. Biz heç təsəvvürümüzə gətirə bilməzdik ki, diplomatik işçilər Rusiyanın daxilində seçkiqabağı kampaniyaya aqressiv şəkildə qoşulacaq. Onlar müxalif qüvvələri toplayır, maliyyələşdirir və müxalifətin mitinqlərinə gedirdilər. Halbuki diplomatik xidmət başqa işlə məşğul olmalıdır».

Rusiyanın digər rəsmiləri də sanksiyalara münasibət bildirib. «Rusiya ABŞ-ın sanksiyalarını cavabsız qoymayacaq». Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov deyib. Rusiyalı digər senator Andrey Klimov isə ABŞ-da baş verənləri «absurd teatr» adlandırıb. O, hazırda ABŞ prezidentinin faktiki olaraq Ağ Evdə ev dustağı olduğunu deyib. «ABŞ-ın bizə qarşı yeni sanksiyalarının qüvvəyə minməsindən sonra öz ehtiyatlarımızı qorumaqdan ötrü tədbirlər görəcəyik». Bunu isə Rusiyanın ABŞ-da Ticarət İşləri üzrə nümayəndəsi Aleksandr Stadnik söyləyib. Onun fikrincə, Rusiyaya qarşı yeni sanksiyalar Rusiyanın qazını və neftini dünya bazarından çıxarmağa cəhd edən ABŞ-dakı enerji şirkətləri lobbisinin işi kimi görünür.