vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
12:03 | 18 iyun 2017 | Bazar Məqaləyə 2615 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada parlament seçkiləri keçirilir

47 milyon seçici 1146 nəfərdən 573-nü seçəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Fransada yerli vaxtla saat 8:00-da başlayan parlament seçkilərinə səsvermə axşam saat 18:00–da, böyük şəhərlərdə isə saat 20:00-da başa çatacaq.

Parlament seçkilərinin 2-ci turunda 47 milyon seçici 1146 namizəd arasından aşağı palatanın 573 deputatını seçəcək. Seçkilərin 1-ci turunda Milli Assambleyanın 4 deputatı 50 faizdən çox səs toplayaraq artıq deputat mandatını əldə edib.

İyunun 17-də saat fərqi nəzərə alınaraq Fransanın dənizaşırı departament və ərazilərində seçkilər başa çatıb. Ancaq seçkilərin ümumi nəticələri bu gün yerli vaxtla saat 20:00-da elan ediləcək.

Parlament seçkilərini 2-ci turu ərəfəsində «Le Point» üçün «Odoxa Dentsu Consulting» şirkətinin keçirdiyi rəy sorğularının nəticələrinə görə «İrəli, respublika» hərəkatı Milli Assambleyadakı 577 yerdən 430-dan 460-dək yerə, Respublikaçılar 70-dən 95-dək, Sosialistlər 25-dən 35-dək, «Fəth edilməyən Fransa» hərəkatı 8-dən 17-dək, Milli Cəbhə partiyası 1-dən 6-dək yerə sahib ola bilər.

«Les Echos» qəzeti və «Radio Classique» radiosu üçün «Opinionway/Orpi» şirkətinin apardığı rəy sorğularına görə isə «İrəli, respublika» hərəkatı Milli Assambleyadakı 577 yerdən 440-dan 470-dək, Respublikaçılar 70-dən 90-dək, Sosialistlər 20-dən 30-dək, «Fəth edilməyən Fransa» hərəkatı 5-dən 15-dək, Milli Cəbhə partiyası 1-dən 5-dək yerə sahib olacaq.

Aparılan rəy sorğularının nəticələrinə görə seçicilərin 53 faizinin səsvermədə iştirak etməyəcəyi güman edilir.

Qeyd edək ki, parlament seçkilərinin iyunun 11-də keçirilən 1-ci turunda 51.29 faiz seçici səsvermədə iştirak etməyib. (AzərTAc)