vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
18:49 | 18 iyun 2017 | Bazar Məqaləyə 2433 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransa seçkiləri sönük keçir

İkinci dövrədə seçici fəallığı kəskin düşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa parlament seçkilərinin ikinci dövrəsində seçici fəallığı kəskin şəkildə aşağı düşüb, rəsmi rəqəmlər göstərir. Bazar günü günortayadək yalnız seçicilərin 17,75 faizi səs verib. 2012-ci il parlament seçkilərində bu rəqəm 21,41 faiz idi.

İkinci dövrə seçkiləri keçən bazar günü keçirilən birinci dövrədə ən çox səs toplayan namizədlər arasında keçirilir.

Prezident Emmanuel Makron vəd etdiyi islahatları icra etmək üçün parlamentdə güclü mandat qazanmaq istəyir.

Onun «La Republique en Marche» (Hərəkətdə olan Respublika) partiyası və müttəfiqi Demokratik Hərəkat (MoDem) partiyasının səslərin çoxunu toplayacağı gözlənilir.

Ənənəvi partiyalar hakimiyyətin prezidentin əlində inhisarlaşmaması üçün seçicilərə cənab Makronun rəqiblərinə səs verməyi tövsiyə edirlər.

Cənab Makronun partiyası yalnız bir il əvvəl yaradılıb. Partiya namizədlərinin bəzilərinin heç bir siyasi təcrübəsi yoxdur.

Partiyanın namizədləri arasında tələbələr, təqaüdçülər və hətta bir torero (öküzdöyüşdürən) da var.

Bir siyasi partiyanın parlamentə nəzarət edə bilməsi üçün 577 yerdən 289-u lazımdır.

Proqnozlara əsasən cənab Makronun partiyasının 400-dən artıq yer tutacağı gözlənilir.