vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
15:45 | 19 iyun 2017 | Bazar ertəsi Məqaləyə 562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BTQ niyə gecikir?

Arslanın vədi baş tutmadı, bəs Qurbanov nə dedi...

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 5-də Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının rəhbərləri Bakı-Tiflis-Qars (BTQ) dəmir yol xətti layihəsinin həyata keçirilməsinə dair işlərin vəziyyətini müzakirə etmək üçün görüşəcəklər. Virtualaz.org xəbər verir ki, bunu jurnalistlərə «Azərbaycan Dəmir Yolları» ASC-nin sədri Cavid Qurbanov deyib.

Cavid Qurbanovun sözlərinə görə, tərəflər layihənin reallaşması ilə bağlı situasiyanı və işlərin vəziyyətini dəyərləndirəcəklər. «Görüşün yekunları əsasında Bakı-Tiflis-Qars dəmir yolunun nə zaman işə salınacağı barədə danışmaq olar. Gözlənilir ki, layihə bu il işə düşəcək», - o əlavə edib.

«Azərbaycan Dəmir Yolları» ASC-nin bu açıqlaması Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsinə dair bundan əvvəl elan edilmiş qrafikdə gecikmənin yarandığını təsdiq edir. Çünki bu ilin aprelində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan jurnalistlərə bildirmişdi ki, dəmir yolunun açılması iyun ayına planlaşdırılır. İndi isə iyun ayı başa çatmaq üzrədir, Cavid Qurbanov isə deyir ki, tərəflər iyulun əvvəllərində görüşüb işlərin vəziyyətini müzakirə edəcəklər və yalnız bundan sonra dəmir yolunun nə zaman açılacağına dair yeni qrafik barədə danışmaq mümkün olacaq.

Əhməd Arslan bildirmişdi ki, qış aylarında havaların qarlı, şaxtalı keçməsi tikinti işlərini ləngidib. Lakin apreldə havaların isinməsindən etibarən işlər sürətləndirilib və bütün tikinti işlərinin iyun ayında başa çatdırılması nəzərdə tutulur.

«İki ay ərzində inşaat işlərini başa çatdırıb ondan sonrakı iki aylıq müddətdə sınaq işləri həyata keçirəcəyik, iyun ayında artıq Bakı-Tiflis-Qars dəmiryolunda dizel lokomotivlərini işə salmağa hazırlaşırıq», - nazir apreldə deyib.

Azərbaycan prezidenti İlham Əliyev ötən ay çıxışlarından birində Türkiyə tərəfinin həmin vədini xatırladıb və bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolunun tezliklə açılması gözlənilir. Və maraqlıdır ki, iyunun əvvəllərində Türkiyə KİV-ləri Əhməd Arslanın dəmir yolunun uyun ayında istifadəyə veriləcəyinə dair növbəti açıqlamasını yaymışdı. Lakin həmin dizel lokomotivindən hələ xəbər yoxdur və ümumiyyətlə layihənin bu il ərzində başa çatdırılacağına dair əminlik ifadə etmək çətindir.

Bakı-Tiflis-Qars dəmir yolunun bünövrəsi təxminən 10 il əvvəl-2007-ci ilin noyabrında qoyulub. Layihənin başa çatdırılacağı tarix kimi 2011-ci il göstərilmişdi. Lakin həmin vaxtdan bu müddət hər dəfə təxirə salınır. Gürcüstan ərazisində işlər ləngimə ilə də olsa nəhayət başa çatıb, Türkiyə ərazisində isə işlər ləng gedir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *