vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:05 | 19 iyun 2017 | Bazar ertəsi Məqaləyə 2352 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Azərbaycan yeni məhsul yaradır

4 ölkə ilə birlikdə...

MÖVZU İLƏ ƏLAQƏLİ

««Cənub-Qərb» dəhlizi layihəsi üzrə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşanın birgə işinin məqsədi yeni cəlbedici logistika məhsulunun yaradılmasıdır».

«Trend» xəbər verir ki, bunu Bakıda beş ölkənin dəmir yolu qurumlarının rəhbərlərinin görüşündə «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu dəhlizə Hindistan, Pakistan, Cənub-Şərqi Asiya və Fars körfəzi regionları daxil olacaq.

C.Qurbanov qeyd edib ki, bu marşrut boyunca əsas məntəqələr Hindistanda Mumbay, İranda Bəndər-Abbas, Azərbaycanda Astara, Gürcüstanda Poti və Batumi, Ukraynada Çernomorsk və İzov, Polşada Slavkov olacaq: «Dəhlizin ümumi uzunluğu 7 654 kilometrdir. Hindistandan Avropaya illik yük daşıma həcmi 72 milyon ton təşkil edir. Dəniz yolu ilə bu məsafə 40 günə bərabərdir, amma «Cənub-Qərb» dəhlizi vasitəsilə bu müddət 15 gün təşkil edəcək».