vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
22:24 | 19 iyun 2017 | Bazar ertəsi Məqaləyə 1326 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ və Rusiya Suriyada qarşı-qarşıya

Suriyadakı ABŞ təyyarələri artıq rusların «hədəf»i olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Suriyada Fərat çayının qərb hissəsində ABŞ-ın başçılığı ilə koalisiyanın bütün təyyarələrini «hədəf» olaraq qəbul edəcəyini bildirib. Bu addım Amerika hərbi qüvvələrinin döyüş təyyarəsinin Suriyanın hərbi təyyarəsini vurmasından sonra atılıb.

Rusiyanın hərbi qüvvələrinin bu gün verdiyi bəyanatda həmçinin deyilir ki, hava hövzəsində hərbi toqquşmaların qarşısının alınması məqsədilə yaradılmış qaynar xəttdən istifadə də dayandırılır.

«Koalisiya qüvvələrinin komandanlığı Suriyanın hava hövzəsində insidentlərin qarşısının alınması üçün yaradılmış kommunikasiya kanalından istifadə etməyib», Rusiya hərbi qüvvələrinin ABŞ-ın İŞİD-ə qarşı mübarizədə dəstəklədiyi qüvvələrə qarşı bomba hücumu keçirən Suriya təyyarəsini vurmasından sonra verdiyi bəyanatında bildirilir.

Pentaqon bildirib ki, Suriyanın «SU-22» hərbi təyyarəsi Tabqa şəhəri yaxınlığında koalisiyanın tərəfdaşlıq etdiyi döyüşçülərə bomba atıb.

ABŞ-ın döyüş təyyarəsi dərhal buna cavab olaraq Suriya təyyarəsini vurub. Təyyarənin pilotu, ya da başqa tələfatlar barədə məlumat verilməyib.

Rusiyanın bəyanatına baxmayaraq, ABŞ-ın Birgə Qərargahlar rəisi Cozef Danford Vaşinqtonda bildirib ki, rəsmilər vəziyyətin daha da pisləşməsinin qarşısını almaq və ölümlə nəticələnə biləcək qəzalara yol verməmək məqsədilə əlaqənin bərpasına çalışır.

Bundan öncə Suriya hərbi qüvvələri koalisiyanın tərəfdaşlıq etdiyi qüvvələrə Ca Din şəhəri yaxınlığında hücum edib. Hücum nəticəsində çox sayda döyüşçü yaralanıb və şəhərdən çəkilməyə məcbur edilib. Koalisiya qüvvələrinin təyyarəsi Suriya hökumət qüvvələrinin şəhərdə irəliləməsinə mane olub.