vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
23:59 | 19 iyun 2017 | Bazar ertəsi Məqaləyə 1754 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ən çətini rəqib bizə düşdü»

Qurban Qurbanov püşkatmanın nəticələrini dəyərləndirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«5 potensial rəqibdən ən çətini bizə düşdü. «Samtredia» bizi daha yaxşı tanıyır». VAXT.AZ APA-ya istinadən xəbər verir ki, bunu «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan çempionu «Samtredia» ilə üz-üzə gələcək.

Püşklə bağlı klubun rəsmi saytına danışan Qurbanov Gürcüstanda çempionatın davam etməsini rəqib üçün üstünlük sayır: «Ötən mövsüm rəqibin «Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadı. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdü. Biz isə hələlik tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk».

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə 18-19-da oynanılacaq.