vaxtlı-vaxtında oxuyun! Cümə, 19 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0734 AZN
Rusiya rublu 1 RUB = 0.0299 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3500 AZN
Türk lirəsi 1 TRY = 0.4466 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
21:39 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 426 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-dan yeni sanksiyalar

Bu dəfə Putinə yaxın olanlar hədəfdədir

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Petro Poroşenko hazırda Vaşinqtondadır və bir azdan prezident Tramp və vitse-prezident Penslə görüşəcək. Elə bu əsnada ABŞ hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar bəzi Rusiya şirkətlərinə və dövlət məmurlarına, eləcə də Donbasdakı separatçı rejimlərin indiyədək sanksiyalardan kənarda qalmış nümayəndələrinə qarşı yeni sanksiyalar tətbiq olunduğunu elan edib. Sanksiya siyahısına ümumilikdə 38 hüquqi və fiziki şəxs əlavə olunub.

Sanksiya tətbiq olunan qurumlar arasında Putinin sevimlisi olan «Noçnıye volki» bayker klubu, «Vaqner» özəl hərbi şirkəti də var. Rusiyadan Donbasa və Suriyaya döyüşməyə gedən peşəkar hərbçilər məhz «Vaqner» şirkəti tərəfindən cəlb olunur və göndərilir. Bundan başqa, Putinə yaxın tanınmış iş adamı, adı sanksiya siyahısında olan Yevgeni Priqojinə məxsus «Concord-catering», «Concord Management and Consulting» şirkətlərinə, bundan başqa, «Çernomortransneft», «Qiprotruboprovod» şirkətlərinə, indiyədək sanksiyalardan kənarda qalmış bir sıra banklara və silah şirkətlərinə də sanksiya tətbiq olunub.

Fiziki şəxslərin siyahısında Rusiya iqtisadi inkişaf nazirinin müavini Sergey Nazarovun, Rusiya Federasiyasının Krım üzrə yüksək vəzifəli məmurlarının və Donbasdakı separatçıların adları var.

ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, Rusiya Minsk razılaşmalarını yerinə yetirənə və Ukraynanın suverenliyi bərpa olunana qədər sanksiyalar yumşaldılmayacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)