vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MEDİA-QHT  
23:12 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 1877 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Jurnalistlərin dostu» qayıdır

Media nümayəndələri seçim edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ruh» Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin təsis etdiyi «Jurnalistlərin dostu» seçimi necə deyərlər yenidən qayıdır. Mükafata sonuncu dəfə 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyev layiq görülmüşdü. Ödül 7 il aradan sonra növbəti dəfə jurnlastlərin seçimi nəticəsində qalib olacaq şəxsə təqdim ediləcək. Onu da xatırladaq ki, bu mükafatın yaranmasından bəri ikinci fasilədir. Birinci dəfəki fasilə 6 il (2003-2009) sürmüşdü.

Azərbaycan Mətbuat Şurası və «Ruh» Jurnalistlərin Müdafiəsi İctimai Birliyi 2017-ci ildə «Jurnalistlərin dostu» mükafatının təqdimatı üçün iyunun 20-dən iyulun 15-ə kimi kütləvi informasiya vasitələri arasında sorğu elan edir. Bu məqsədlə MŞ tərəfindən müvafiq işçi qrupu yaradılıb.

VAXT.AZ xəbər verir ki, mükafatın laureatını ölkənin tanınan, ictimai fikrə təsir göstərən televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu və jurnalist təşkilatlarının nümayəndələri müəyyənləşdirəcəklər.

Mətbuat Şurası sorğuda iştirak edəcək KİV-lərə müvafiq anketləri təqdim edəcək. Anketlər iyulun 15-dək cavablandırılmalı və Mətbuat Şurasına təqdim olunmalıdır. İyulun 15-dən  20-dək cavablar öyrəniləcək və sorğunun qalibi müəyyən ediləcəkdir. Mükafatın laureatının adı iyulun 22-i Milli Mətbuat Günü açıqlanacaq.

Qeyd edək ki, «Jurnalistlərin dostu» mükafatı 1998-ci ildə «RUH» Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi (hazırkı «Ruh» Jurnalistlərin Müdafiəsi ictimai birliyi) tərəfindən təsis edilib. Mükafatın təsis edilməsində məqsəd cəmiyyətdə söz və məlumat azadlığını təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır.