vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
23:24 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2107 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Brüsseldə partlayış törətmiş şəxs güllələnib

Hadisədən öncə ərəbcə «Allahu Əkbər» qışqırığı eşidilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Brüssel Mərkəzi Stansiyasında patrul çəkən təhlükəsizlik qüvvələri kiçik partlayışdan sonra insidenti törətməkdə şübhəli bilinən şəxsi «neytrallaşdırıblar». Polis sözçüsü başqa heç kəsin xəsarət almadığını deyərək, situasiyanın nəzarətdə olduğunu bildirib.

O, mediada neytrallaşdırımış şəxsin partlayıcı gödəkçə geydiyini təsvir edən məlumatları təsdiqləməyib. Güllələnmiş şəxsin sağ qaldığı bəlli deyil.

Baş Nazir Çarlz Mişel «Twitter»dəki mesajında insanları rəsmilərin təlimatlarına qulaq asmağa çağırıb.

Stansiya və ona yaxın şəhərin qədim mərkəzi polis tərəfindən boşaldılıb. İsti yay axşamlarında buralar adətən müsafirlərlə dolu olur.

Şahidlər Belçika mediasına ərazidə təhlükəsizlik perimetri qurulduğunu deyir.

«Het Laatste Nieuws» tabloid qəzeti şahidlərə istinadən partlayışı törətməzdən öncə hücumçunun ərəbcə «Allahu Əkbər» qışqırdığını xəbər verib.

Deyilənə görə əsgərlər dərhal həmin əraziyə doğru qaçaraq kişini güllə ilə vurublar.

Deyilənlər müstəqil mənbələr tərəfindən hələlik təsdiq olunmayıb.

Brüsseldə qərargahlanan İŞİD militantları Parisdə 130 adamın ölümü ilə nəticələnən hücum, Brüssel aeroportunda və şəhər metrosunda partlayış törətdikdən bəri 18 aydır ki, şəhər yüksək sayıqlıq vəziyyətindədir.