vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
18:22 | 21 iyun 2017 | Çərşənbə Məqaləyə 3473 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Boeing» pilotsuz sərnişin reyslərinə hazırlaşır

2021-ci ilədək biryerlik uçan taksilərin sınaqları keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» yazır ki, «Boeing» şirkəti «özü uçan» təyyarələrin sınaqlarına başlayıb. Şirkət bildirib ki, bu avtonom təyyarələr heç bir insan pilotun müdaxiləsi olmadan özlərini naviqasiya etməyə qabil olmalıdır.

İndinin özündə təyyarələr insanın minimum iştirakı ilə havaya qalxır, uçur və enə bilir, lakin «Boeing» bu nailiyyətdən bir az da irəli getməyi planlaşdırır.

Şirkət istəyir ki, adətən pilotlara etibar edilən qərarların qəbulunu süni zəka cihazları icra etsin.

«Mən gələcəyə baxanda, yaxın 20 ildə dünya boyunca uçuşlar yerinə yetirən 41 minədək sərnişin təyyarəsi görürəm, - deyib «Boeing» şirkətinin vitse-prezidenti Mayk Sinnett (Mike Sinnett), - Bu isə o deməkdir ki, bizim 617 min pilota ehtiyacımız olacaq. Bu, böyük rəqəmdir».

Cənab Sinnett düşünür ki, bu problemi həll etməyin yollarından biri də uzaqmənzilli uçuşlarda pilotların sayını 5-dən 3-ə və ya 2-ə endirməkdir. Bu isə əsasən bir sıra funksiyaları müstəqil yerinə yetirə bilən təyyarələrin hazırlanması ilə həyata keçirilə bilər.

Vitse-prezidentin sözlərinə görə, adətən 2 pilotla uçan təyyarələrin əvəzinə ümumiyyətlə pilotsuz uçan təyyarələr buraxıla bilər.

Hələlik şirkət «özüuçan» texnologiyaları pilot kabinəsi simulyatorlarında bu yay sınaqdan çıxaracaq. Gələn il isə sınaq artıq real havada uçan təyyarələrlə keçiriləcək.

«Airbus» şirkəti hazırda avtonom uça bilən avtomobillərin yaradılması üzərində işləyir. Bundan başqa 2021-ci ilədək biryerlik uçan taksilərin sınaqları keçiriləcək.