vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
18:28 | 22 iyun 2017 | Cümə axşamı Məqaləyə 2936 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Siz Mehriban xanım Əliyevanın diqqətindəsiniz»

Birinci vitse-prezident şəhid ailəsinin bankı borcu problemini həll etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprel şəhidi Xaliq Əzizzadənin «Para» BOKT ASC-yə olan kredit borcu artıq bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.

Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva «Trend»ə bildirib ki, bu məsələ birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində idi:

«Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışdı və bildirdi ki, bütün şəhid ailələri, o cümlədən siz Mehriban xanım Əliyevanın diqqətindəsiniz. Anar Ələkbərov qeyd etdi ki, Mehriban xanım həmişə şəhid ailələrinə diqqətlə yanaşıb».

Q.Paşayeva daha sonra şəhid ailəsi ilə birlikdə banka getdiklərini bildirib: «BOKT-da bütün borcların bağlanması barədə sənəd şəhid ailəsinə təqdim olundu».

Qeyd edək ki, «Para» BOKT ASC kredit borcuna görə məhkəməyə müraciət etmişdi.