vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SƏNƏTÇİ  
16:15 | 10 yanvar 2014 | Cümə Məqaləyə 2949 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Depardye İtaliyada dalaşdı

Aktyor restorandakıları suya qərq edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur fransız kino və teatr aktyoru Jerar Depardye İtaliya restoranlarının birində dava salıb. Virtualaz.org saytı xəbər verir ki, bu barədə «Le Figaro» qəzeti yazır. Məqalədə bildirilir ki, aktyor insident İtaliyada qastrolda olarkən Leççe şəhərində yerləşən villasına da baş çəkib. O, evində bir müddət dincələndən sonra şəhər restoranlarının birində nahar etmək istəyib.

Lakin Depardye nahar zamanı zalda həddən artıq səs-küy olduğunu deyərək əvvəlcə restoranın sahibi ilə mübahisə edib, daha sonra müştərilərin üstünə qışqırıb. Özündən çıxan aktyor hamını suya qərq edib.
Qəzəblənmiş aktyoru bir neçə dəqiqədən sonra restorana gələn polis dayandıra bilib. İtaliya polisi asayişi pozduğu üçün ona xəbərdarlıq edib, ancaq bildirib ki, bu hərəkəti bir daha təkrar olunsa, cərimə, hətta həbslə üzləşəcək. Depardye birinci dəfə deyil ki, özünü bu cür aparır. Ötən il Parisdə sərxoş halda avtomobil idarə etdiyinə görə saxlanılıb və məhkəməyə verilib. Lakin aktyor məhkəməyə getməyib. Bu günlərdə Depardye bildirmişdi ki, aktyorluqdan getmək istəyir və hazırda vaxtının çoxunu Azərbaycanda, İtaliyada, digər ölkələrdə gəzməklə keçirir.