vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
15:04 | 23 iyun 2017 | Cümə Məqaləyə 2810 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Varlı kasıbın heç üzünü də görmək istəmir

«Biz burada yaşamaq üçün dünya-aləm pul vermişik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Daily Mail» qəzeti yazır ki, Londonun Kensinqton məhəlləsindəki 2 milyard funt sterlinqlik dəbdəbəli məhəllənin «xüdbin» zəngin sakinləri, burada dəhşətli «Grenfell Tower» yanğınından sağ çıxmış biçarələrin yerləşdirilməsi qərarından hiddətləniblər.

Bu məhəllədə 68 bir, iki və üç otaqlı mənzil dövlət tərəfindən 10 milyon funt sterlinqə alınaraq evsiz qalanlara verilib.

Məqalədə xatırladılır ki, Londonun mərkəzindəki «Grenfell Tower» göydələnində baş vermiş yanğında 79 nəfər həlak olub.

Kensington Row məhəlləsindəki mənzillərin hazırda bazar qiyməti 1, 5 milyon funtla 8 milyon funt arasındadır.

İndi belə mənzillərə sahib olanlar qəzəbləniblər ki, «yanğın köçkünləri» belə bahalı mənzillərdə yaşamaq haqqını qazanmaq üçün onlar qədər «məşəqqətli işləməyiblər».

Bu məhəllədəki mənzilini iki il əvvəl almış Mariya adlı qadın mətbuata deyib: «Bu, ədalətsizlikdir. Biz burada yaşamaq üçün dünya-aləm pul vermişik. Biz bu pulu qazanmaq üçün tər tökmüşük. İndi bu adamları bura gətiriblər və bunlar heç xidmət pulu da verməyəcəklər».

Başqa zənginlər isə deyirlər ki, bəziləri yanğında bütün ailəsini itirmiş bu adamlar indi əllərinə düşən imkandan yaxşı pul edəcəklər.

Onlar deyirlər ki, yanğından zərər çəkənlər burada heç yaşamayacaqlar və bahalı evləri kirayəyə verəcəklər.

Bu məhəllədə yaşayan başqa bir dövlətli sakin deyib: «Bu yanan «Grenfell Tower» binasının sakinləri kimlərdir ki? Orda bir mənzildə neçə adam yaşayırdı, indi hər birinə ayrıca mənzil verirlər…»

Əsəsən əcnəbi zənginlərə məxsus olan bu dəbdəbəli yaşayış kompleksinin lüks kinoteatrı, üzgüçülük hovuzu və idman zalı var.

Mənzillərə parket döşəyən Edmond isə müxbirə deyib: «Bu heç vaxt baş tutan iş deyil. Nə istəyirsiniz yazın. İnanın mənə dünyanı pul idarə edir. Mənim kimi adamlar burda yaşaya bilər? Heç vaxt».

Amma yanğın fəlakətindən sağ çıxanlara ürək qızdıranlar da var.

Özünü AJ kimi təqdim edən məhəllə sakini deyir ki, «qoy gəlsinlər, bura əladır, burda hər şey var».

«Məncə insanlar bərabər olmalıdırlar», - deyir AJ.

Ceym Pol (Jaime Paul) adlı başqa birisi isə deyir: «Burda nə qədər boş mənzil var. Evlərinin qiymətdən düşəcəyini düşünənlər isə çox xudbin adamlardır».

Evi yananlar üçün buradakı 68 mənzil 10 milyona - yəni maya dəyərinə alınıb, amma bazar qiyməti haradasa 160 milyon funt sterlinqdir.

Hazırda «Grenfell»dən sağ çıxmış 250 sakinin yarısı otellərdə yerləşdirilib, qalanları parklarda, maşınlarda gecələyirlər.

Bir azca dözmək lazımdır. İyul ayından onlar Londonun ən bahalı mənzillərində yaşayacaqlar.

Onlar bu evlər üçün bir pens də ödəməyəcəklər. Varlı qonşular hirslənsələr də…