vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9921 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2519 AZN
Türk lirəsi 1 TRY = 0.3510 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
11:12 | 24 iyun 2017 | Şənbə Məqaləyə 1426 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Savadlıdır, amma müdrik deyil»

Əkrəm Həsənov: «Eybi yox, mən indi özüm onun dərsini verərəm!»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılmış bank eksperti, hüquqşünas Əkrəm Həsənov artıq evdədir. Məlum olub ki, aparıcı bank ekspertindən ölkənin üç bankı - «VTB», «Bank of Baku» və «Bank Respublika» (Moody‘s agentliyi bir az əvvəl məhz onların reytinini aşağı salmışdı) şikayət verib.

Ə.Həsənovun özünün sözlərinə görə, dindirmə təxminən 1 saat 40 dəqiqə davam edib:

«İndicə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən döndüm. Ciddi bir şey yox idi. Guya 4 bank (Xalq Bank, Bank Respublika, Bank of Baku və Bank VTB) məndən Palataya şikayət edib, Palata da həmin şikayətlər əsasında sözügedən İdarəyə. Səbəb də mənim bu iki («Pulları kimlər oğurlayıb?» və. «Dördlüyün qaranlıq taleyi») müsahibəmdir. Guya bu müsahibələrimlə onların və bütövlükdə bank sisteminin nüfuzuna xələl vururam. Tamamilə cəfəng ittihamlar idi. Buna görə də İdarənin əməkdaşlarının sualları da əsasən müsahibələrimdə dediyim bəzi məqamları izah etməyimlə bağlı idi. Məsələn, «bank sistemindən oğurlanmış vəsaitlər» dedikdə konkret hansı cinayət tərkiblərini ehtiva etmişəm? Mən də izah etdim ki, məsələn, dələduzluq, qanunsuz kredit alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və s. 

Onu da deyim ki, bu İdarədə əvvəllər olmamamışdım. Çox savadlı, nəzakətli və məlumatlı (o cümlədən mənim fəaliyyətim haqda) gənc kadrları var. Onlara bildirdim ki, şikayətin niyə məhz bu İdarəyə edilməsinin özü təəccüblüdür: tutaq ki, lap mən bu bankların nüfuzuna zərər vurmuşam, məhkəməyə versinlər də məni, korrupsiya əməli yoxdur axı burada. Amma dəvətə görə onlara təşəkkür də etdim və dedim ki, elə özüm də bu İdarəyə gəlmək istəyirdim. Çünki bu gün «Bank Standard»ın Kreditorlar Komitəsinin qərarı ilə Mərkəzi Bankın və Palatanın sözügedən bankı vaxtı ilə necə yoxlaması haqda araşdırmanın aparılması barədə Baş Prokurorluğa müraciət edəcəyik (İdarənin əməkdaşlarına dedim ki, haqqımdakı şikayətin əslində bu məsələ ilə bağlı olması zənnindəyəm). Onlar da dedi ki, göndərin, baxarıq müraciətinizə. Bir sözlə, danışdıq ki, gələn dəfə mən şikayətçi qismində qonaq gələcəyəm. Sonda iftarımı da İdarədə açıb çıxdım.

Mən 2 ildən çoxdur bank sistemi haqda yazıram. Daha sərt çıxışlarım da olub. Amma nədənsə məhz indi – «Bank Standard»ın Kreditorlar Komitəsi Mərkəzi Bankı, Palatanı və Əmanətlərin Sığortalanması Fondunu küncə sıxanda belə hadisə baş verdi. Deməli, biz düz yoldayıq! Bu yolu da davam edəcəyik! Ötən ilin martında Rüfət Aslanlı «Antikollektoru» bağlatdırmağa uğursuz cəhd edəndən sonra mənimlə görüşü zamanı yalvarırdı ki, heç olmasa qurumun adını dəyişim ki, ictimaiyyətdə tam biabır olmasın. Belə bir ifadə də işlətdi: «Mən bilirəm ki, sən əqidəli adamsan, sənə hədə-qorxu gəlmək mümkün deyil, səni inandırmaq lazımdır!» Bugünkü hadisədən sonra Rüfət Aslanlının nəzərinə çatdırıram ki, mən elə həmin Əkrəm Həsənovam və məqsəd məni qorxutmaq idisə, tam əks nəticəyə nail oldu. Əvvəla, ona görə ki, düz yolda olduğuma tam əmin oldum. Daha sonra, indiyədək mənim Aslanlıya hələ yazığım da gəlirdi, başa düşürdüm ki, Elman Rüstəmovla qarşıdurması var, ona görə də bütün qüsur və səhvlərini açıb-ağartmırdım. Amma o, ciddi səhvə yol verdi. Əlbəttə, o, Elman Rüstəmovdan savadlıdır, amma müdrik deyil. Elman müəllim tez-tez Konfutsinin bu kəlamını söyləyir: «Çayın sahilində sakit otur və düşməninin cəsədi yanından üzüb keçəcək». Görünür, Mərkəzi Bankda birgə çalışdıqları dövrdə Aslanlı Elman müəllimdən yaxşı dərs ala bilməyib. Eybi yox, mən indi özüm onun dərsini verərəm!»


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *