vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AMERİKA  
10:43 | 24 iyun 2017 | Şənbə Məqaləyə 2564 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obamanın Rusiyaya vurmaq istədiyi zərbə

Bombanın rəqəmsal ekvivalenti olan silah

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

2016-cı ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama Rusiya infrastrukturlarına kiber silahlar yerləşdirilməsini bəyənib. Modern.az saytının məlumatına görə, bu haqda «The Washington Post» yazıb.

Jurnalistlərin araşdırması nəticəsində məlum olub ki, bu silah bombanın rəqəmsal ekvivalentidir və Rusiya ilə kritik münasibətlərdə gərginliyin pik həddə çatması zamanı işə salına bilər.

Amerikalı keçmiş məmurlardan biri bildirib ki, bu silah Rusiyanın strateji əhəmiyyətli obyektlərinin işini poza bilər. Texnologiyanın ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən yaradılıb və məsafədən tətbiq etmək imkanı var.

Məlumata görə, Barak Obama Rusiyaya qarşı sanksiyaların effekt verməyəcəyi təqdirdə bu metodu işə salmaq istəyirmiş.

Hazırda isə prezident Donald Trampın bu proqrama o qədər də önəmsəmədiyi bildirilib.