vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DİGƏR NÖVLƏR  
08:41 | 26 iyun 2017 | Bazar ertəsi Məqaləyə 1706 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kişidisə, gəlsin üz-üzə danışaq...»

Bakı Qran Prisində gərgin anlar yaşandı, ingilis pilot alman həmkarını «razborka»ya çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakıda «Formula-1» yarışlarının finalı olduqca gərgin mübarizə şəraitində və sürpizlərlə dolu keçib. Pilotlar arasında birincilik uğrunda kifayət qədər gərgin mübarizə hökm sürüb və yarışları «Red Bull» komandasından avstraliyalı Daniel Rikkardo qazanıb. Rikkardo qələbədən sonra jurnalistlər qarşısında bildirib: «Bu, doğrudan da çox dəlisov yarış idi».

Virtualaz.org xəbər verir ki, yarışlar qalmaqalsız da ötüşməyib. Sürət yarışının qızğın çağında, Bakı Filarmoniyasının yaxınlığında «Ferrari» komandasının pilotu, dördqat dünya çempionu, alman Sebastyan Fettelin bolidi qarşıda gedən britaniyalı Luis Hamiltonun («Mersedes» komandası) bolidi ilə yüngülcə toqquşub. Bundan qəzəblənən alman pilot özünü əsl Bakı «avtoşları» kimi aparıb və Hamiltonun bolinə ilə yan tərəfdən yaxınlaşaraq ona əllə jest edib, üstəlik rəqibinin bolidini yandan vurub.

Fettelin bu hərəkəti onun cərimələnməsi ilə nəticələnib. «Motorsport» portalı bildirir ki, yarışdan sonra Lyuis Hamilton jurnalistlərə açıqlamasında Sebastayn Fettelin hərəkətini pislyib. «Fettel sözün hərfi mənasında mənimlə bərabərləşib vurdu. Bu, «Formula-1»də müəyyən presedent yaradır, habelə bizə tamaşa edən bütün uşaqlar üçün pis nümunədir, onlar bizə baxır və özlərini bu cür aparırlar. Və bu gün onlar gördülər ki, dördqat dünya çempionu özünü necə aparır», - Hamilton bildirib.

İngilis pilot deyib ki, o, rəqibinin qarşısında sürəti bilərəkdən yavaşıtmamışdı. Həmin yerdə bütün restartlarda olduğu kimi yavaşımışdı ki, təzədən sürət yığsın. «O isə arxadan məni vurdu və ötdü. Mənim üçün bu problem deyildi. Əgər yandan bilərəkdən başqa maşını vurub bütün bunlara baxmayaraq finişə dördüncü çatırsansa bu, şərəfsizlikdir. O, bu gün özünü biabır etdi. Əgər o, sübut etmək istəyirsə ki, kişidir, biz maşınları bir kənara qoyub üz-üzə məsələni ayrıd edə bilərik», - Hamilton rəqibini «razborkaya» çağıraraq deyib.

«Mercedes» pilotu  onu da deyib ki, Sebastyan Fettelə yüngül cəza verilməsindən narazıdır. «Bu, təhlükəli sürüşdür və buna görə cəmi 10 saniyə cərimə cəzası...Mən daha söz tapmıram deməyə», - Hamilton bildirib.

Sebastayn Fettel isə qalmaqalla bağlı bildirib ki, cəzalanmalı olan təkcə o deyildi, Hamiltona da cəza verilməliydi. «Hər şey göz qabağındadır. Mən bilərəkdən onu arxadan vurmadım, «krılomu» zədələdim. Deyəsən o da zədə aldı, ancaq yarış təsir edəcək qədər yox. Məsələ ondadır ki, mən onun arxasında idim və sürət yığmağa hazırlaşırdım, o isə sürəti azaltdı. Zəncirvari qəza baş verə bilərdi. Belə eləmək düzgün deyil. Sonda biz kişi kimi mübarizə aparırıq. Hesab edirəm ki, məni cəzalandırıblarsa gərək ona da cəza verəydilər», - Fettel jurnalistlərə bildirib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *