vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
15:23 | 26 iyun 2017 | Bazar ertəsi Məqaləyə 2283 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... Müsəlman ordusunun generalı kimi güllələnirəm»

Dağlıq Qarabağda düşməni məhv edən Sulkeviç kim olub?

Nəsiman YAQUBLU, tarix elmləri doktoru

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış general-leytenant Masey Sulkeviç Polşa tatarlarındandır. İlk hərbi təhsilini Voronej Kadet korpusunda və Mixaylovsk Artilleriya məktəblərində alıb. 1894-cü ildə Rusiya imperiyasının Baş Qərargah Akademiyasını bitirib. Çar Rusiyası Ordusunda hərbi xidmətə 1883-cü ildə başlamış, 1910-cu ildə general-mayor, Birinci Dünya müharibəsində - 1915-ci ildə isə general-leytenant rütbəsi alıb. 1900-1901-ci illərdə Rusiya-Çin, 1904-1905-ci illərdə isə rus-yapon müharibələrinin iştirakçısı olub. Birinci Dünya müharibəsi dövründə Rusiya imperiyasının şimal cəbhəsindəki 37-ci piyada korpusunun komandiri olub.

M. Sulkeviçin Azərbaycan Ordusunun formalaşmasında böyük xidmətləri olub. 1919-cu ilin iyunun 9-da Azərbaycan Parlamentinin tövsiyəsi ilə yaradılan Dövlət Müdafiə Komitəsinin tərkibinə Ümumi Qərargah rəisi kimi M. Sulkeviç də daxil idi. Həmin ilin iyunun 16-da Azərbaycanla Gürcüstan arasındakı hərbi müdafiə sahəsindəki sənədi hökumət adından imzalayanlardan biri də M. Sulkeviç idi. M. Sulkeviç Azərbaycanın narahat bölgələrində Ermənistanla sərhəd ərazilərdə, Naxçıvanda, Dağlıq Qarabağda, eləcə də Muğan zonasında hərbi əməliyyatların hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edib. Peşəkar hərbçi olan M. Sulkeviç Qarabağ general-qubernatoru Xosrov bəy Sultanova yazdığı «şəxsən özünə» və «məxfi» qrifli 7 sentyabr 1919-cu il tarixli məktubda erməni separatçılarının müqaviməti tam qırılana kimi Qarabağ ərazisində daha çox hərbi qüvvələr saxlamağı lazım bilirdi.

1920-ci ilin 27 Aprel işğalından sonra bolşeviklərin ilk güllələdiyi generallarımızdan biri Masey Sulkeviç oldu (1920-ci il,15 iyun). O, qətlə yetirilərkən özünü çox cəsarətli və qorxmaz aparmış, bu sözləri söyləmişdi: «Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm».