vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:01 | 26 iyun 2017 | Bazar ertəsi Məqaləyə 3201 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Axı Şuşa, alınmaz qala idi!»

Aleksandr Proxanov: «Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyalı ictimai-siyasi xadim, yazıçı Aleksandr Proxanovun Bakıya səfəri nəinki Azərbaycanda, o cümlədən qonşu ölkələrdə ajiotaja səbəb olub. Virtualaz.org-a verdiyi müsahibədə rusiyalı analitikin bəyanatlarını nəzərə alsaq, bu qəribə deyil.

Ümumilikdə, rusiyalı siyasətçinin Azərbaycana səfərinin proqramı barədə danışsaq, o, çoxsaylı görüşlər keçirir, Azərbaycan ziyalılarının nümayəndələri, rəsmi şəxslər və qeyri-hökumət təşkilatları ilə görüşür. Dünən A.Proxanovun prezident İlham Əliyevlə görüşü baş tutub. Bu gün rusiyalı yazıçı və ictimai xadim Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşəcək.

Aleksandr Proxanov Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və onun xanımı Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Rusiyalı yazıçı Şəhidlər xiyabanını da ziyarət edib, Milli Məclisdə Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olan deputatlarla görüşüb və burada ona ölkənin qanuverici orqanının fəaliyyəti barədə məlumat verilib. Sıx proqrama Bakının yeni simvollarından biri olan «Flame Towers»ə ziyarət də daxil idi.

Aleksandr Proxanov Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ilə də görüş keçirib, o cümlədən Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla görüşüb. Rusiyalı analitik Şuşada olduğu günləri xatırlayıb: «Xatırlayıram, dağda, sanatoriya... Şuşanı necə itirdiniz? Axı o, alınmaz qala idi!» Bayram Səfərli qonağın xatirələrini təsdiqləyib və xəyanətkar erməni işğalının nəticələrindən söz açıb.

Proxanova Qarabağda aparılmış etnik təmizləmələrdən də danışılıb və orada artıq azərbaycanlıların qalmadığı bildirilib.

Təəssüf ki, son illərdə Proxanovun (yazıçının günahı olmadan!) Rusiyadakı Azərbaycan diasporu və Azərbaycanın özü ilə əlaqələri kəsilmişdi. Çox qəribədir ki, Qarabağ münaqişəsinin ilk illərində Azərbaycanın tərəfində olan və erməni işğalını pisləyən nüfuzlu yazıçı barədə Bakıda az qala unutmuşdular.

Axı hələ 1992-ci ildə Aleksandr Proxanov nəinki Azərbaycanda olmuşdu, hətta anasının anadan olduğu doğma İvanovka kəndinə də getmək istəmişdi. O vaxt ona, güman edildiyi kimi, erməni silahlıları tərəfindən təşkil olunmuş terror aktı nəticəsində həlak olmuş Viktor Polyaniçko (1988-1991-ci illərdə Azərbaycan Komminist Partiyasının MK-nin ikinci katibi və Dağlıq Qarabağda Təşkilat komitəsinin sədri – red.) yardım etmişdi. Polyaniçko ilə Proxanov hələ 70-ci illərin sonlarında Əfqanıstanda tanış olmuşdu və Dağlıq Qarabağda Təşkilat komitəsinin rəhbəri vəzifəsində onun fəaliyyətini hərtərəfli dəstəkləyirdi. «Yaxşı xatırlayıram. Axı məhz Polyaniçkonun dövründə Stepanakertdə üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Ona mane olurdular, həyatına sui-qəsdlər təşkil edilirdi, administrasiyanın binasına minaatandan atəş açmışdılar, lakin o vaxt gizli quldur dəstələri ilə mübarizə aparılırdı», - yazıçı ötən illəri xatırlayır.

1992-ci ildə yazıçı İvanovkaya yetişə bilmir, lakin Azərbaycana budəfəki səfərində kənddə olub. Bu dəfə rus əhali öz həmvətənini böyük fəxrlə qarşıladı.

Yeri gəlmişkən, məhz həmin dövrdə Proxanov mərkəzi Rusiya telekanallarında Qarabağ problemi barədə bir sıra çıxışlar etmişdi.

Rusiya mənbələrinin məlumatlarına görə, Proxanovun əcdadları, molokanlar, Tambov vilayətindən Zaqafqaziyaya gəliblər. Onun babası – Rusiya baptist hərəkatının lideri, Ümumrusiya İncil Xristianları İttifaqının banisi və rəhbəri İvan Stepanoviç Proxanovun (1908-1928) və Ümumdünya baptist alyansının vitse-prezidentinin (1911) qardaşıdır. A.A.Proxanovun əmisi olan alim-botanik İ.S.Proxanov mühacirətdən sonra SSRİ-də qalıb, respressiya olunduqdan, lakin İ.S.Proxanovun ölümündən sonra Berlində qalmış miras mülkdən dövlətin xeyrinə imtina etdikdən sonra azad edilmişdi.

Onu da qeyd etməyə dəyər ki, Qarabağın azərbaycanlı icması ilə görüşdə Aleksandr Proxanov kiməsə narahat görünə biləcək suallar verirdi. Onlardan biri belə səslənmişdi: «Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?!»...