vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
18:08 | 10 yanvar 2014 | Cümə Məqaləyə 2279 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dostu aldadıb Suriyaya apardı

«Moskva adıyla evdən çıxıb, ordan da...; bizə zəng edib dedi ki, «oğlunuz döyüşə girib, geri qayıtmayıb. Ölüb-ölmədiyini bilmirik»

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərə qatılan Azərbaycan vətəndaşının atası APA-ya müraciət edib. Balakən rayon sakini Ramazan Xocaxov APA-ya açıqlamasında bildirib ki, oğlu, 1987-ci il təvəllüdlü Raul Xocaxov Rusiya getmək adı ilə evdən çıxıb, oradan da Suriyaya gedib: «Raul Moskvada ticarətlə məşğul olurdu. Ötən il eşitdik ki, Rusiyadan Suriyaya gedib. Keçən ilin oktyabr ayında Suriya nömrəsindən evə zəng eləmişdi. Dedi ki, narahat olmayın, hər şey qaydasındadır. Bizdən başqa, bir neçə dəfə dost-tanışı ilə də telefonla danışıb. Noyabr ayından sonra onunla əlaqəmiz kəsilib».

R. Xocaxov qeyd edib ki, oğlu radikal dini təriqətlərə meylli olub: «Bizim bir qonşumuz var, Ramil Dadayev, o da radikal dini təriqətin üzvüdür və hazırda Suriyadadır. Oğlumun uşaqlıq dostudur. Eşitmişdim ki, Raul Suriyada Ramilin yanındadır. Ötən ilin dekabr ayında Ramil bizə zəng edib dedi ki, Raul döyüşə girib, geri qayıtmayıb. Onun ölüb-ölmədiyini bilmirik».
R. Xocaxov oğlunun Suriyada döyüşlərə qatılması ilə bağlı hələlik hüquq-mühafizə orqanlarına məlumat vermədiyini deyib: «Biz düşünürdük ki, harada olsa gəlib çıxar. Ona görə də polisə məlumat vermədik. Lakin görürük ki, vəziyyət biz düşündüyümüz kimi deyil, artıq hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindəyik. Oğlumun taleyinə aydınlıq gətirilməsi üçün hüquq-mühafizə orqanları ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət etməyi planlaşdırırıq. Mən onu tanıyanlara səslənirəm... Kim onun taleyindən məlumatlıdırsa, bizə xəbər versin».
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə APA-ya açıqlamasında bildirib ki, nazirlik Suriyada baş verənləri yaxından izləyir: «Suriyada vəziyyət hazırda gərgin olaraq qalır. Biz əvvəllər də qeyd etmişik ki, bununla əlaqədar Azərbaycanın Suriyadakı səfirliyi də fəaliyyətini dayandırıb. Səfirlik isə Livanın paytaxtı Beyruta köçürülüb və orada fəaliyyət göstərir. Buna baxmayaraq, biz Suriyada baş verənləri yaxından izləyirik və ilk növbədə çalışırıq ki, orada öldürüldüyü bildirilən şəxslərin Azərbaycan vətəndaşı, yaxud azərbaycanlı olub-olmadığını müəyyənləşdirək. Həmin şəxslərin Azərbaycan vətəndaşı və yaxud azərbaycanlı olması müəyyənləşərsə, bundan sonra araşdırılmalıdır ki, onlar Suriyaya hansı yollarla və hansı vasitələrlə gedib çıxıblar. Nəzərə alsaq ki, Suriyada hazırda vəziyyət gərgin olaraq qalır və bu ölkədə heç bir diplomatik nümayəndəlik fəaliyyət göstərmir, bunun bizim araşdırmalarımıza necə böyük əngəl törətdiyini müəyyən etmək çətin deyil. Lakin bu çətinliklərə və əngəllərə baxmayaraq, bizim bu istiqamətdə araşdırmalarımız davam etdirilir».
E. Abdullayev həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin 2011-ci ildə elan etdiyi Azərbaycan vətəndaşlarının Suriyaya səfər etmələrinin məqsədə uyğun hesab edilməməsi ilə bağlı xəbərdarlığının qüvvədə qaldığını da xatırladıb.