vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
18:29 | 27 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 3022 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cəmi» 39 işıq ili aralıda

Biz yadplanetlilərin tapılması ərəfəsindəyik?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» yazır ki, «Anonymous» hakerlər qrupu NASA-nın Yer planetindən kənarda həyatın mövcudluğunu rəsmən bəyanlamaq ərəfəsində olduğunu bildirib.

Bu hakerlər qrupuna bağlı «YouTube» kanalına bu iddianı bəyan edən video yüklənib.

Qrup bu iddialarını NASA inzibatçılarından biri – Tomas Zarbuçenin (Thomas Zurbuchen) Konqresdəki dinləməsinə verdiyi ifadə əsasında irəli sürdüyünü bildirir.

Ötən aprel ayında keçirilən bu dinləmənin mövzusu «Həyat axtarışında tərəqqi» idi.

Hakerlər kollektivi doktor Zarbuçenin dinləmə zamanı belə dediyini iddia edib: «Bizim sivilizasiyamız kosmosda yadplanetli həyatı aşkar etmək ərəfəsindədir».

Guya Zarbuçen deyib ki, spesifik olaraq kainatda yad həyat axtaran kosmik fəaliyyət və missiyalar «bizim tarixdə ən böyük və ən misilsiz kəşfin ərəfəsində olduğumuzu göstərir».

Videoda bu da deyilir ki, Kassini kəşfiyyat gəmisinin Saturnun ayında hidrogen tapması, Yupiterin aylarından biri olan Avropada okeanların aşkar edilməsi bəşəriyyətin yadplanetliləri tapacağına nikbinlik yaradır.

Ötən həftə NASA Günəş sisteminin xaricində 219 iddia edilən planetin tapıldığını və onlardan 10-nun Yerə çox bənzər olduğunu elan etmişdi.

Bu planetlər Yer kimi «qayalıqdır» və öz günəş sistemlərinin «həyat üçün əlverişli zonasında» («Goldilocks zone») yerləşir. Günəşdən belə məsafə planetlərdə maye suyun olmasına şərait yaradır.

Kepler fəza teleskopu tərəfindən aşkar edilmiş belə ekzoplanetlərin sayı 4034-dür və onlardan 50-si ölçücə Yerə yaxındır, habelə həyat üçün əlverişli zonada yerləşir.

NASA-nın bəyanatında deyilir ki, Keplerdən alınan məlumata görə iki planet qrupu mövcuddur, onların hər ikisinin kosmosda həyatın axtarışına əhəmiyyətli təsirləri olacaq.

«Anonymous» habelə bizim öz ulduz sistemimizə yaxın TRAPPIST-1 adlı cırtdan qırmızı günəşin ulduz sistemində Yerə bənzər şəkildə orbit edən 7 planet ola biləcəyini xatırladır.

Bu planetlər Yerdən «cəmi» 39 işıq ili aralıdadır.