vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
23:00 | 27 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 1970 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gələndə mühafizəçilərini gətirmə»

Almaniyadan Ərdoğana embarqo

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya istəyir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda ikən əlbəyaxa döyüşdə iştirak edən mühafizəçiləri «G20» zirvəsi vaxtı ölkəyə gəlməsin.

Hökumət sözçüsü deyib ki, liderlər gələn həftə keçiriləcək Hamburqdakı sammitə öz mühafizəçilərini gətirə bilər, lakin qanuna hörmət edilməlidir.

Zirvəyə qatılacaq Türkiyə heyətinin tərkibində ötən ay Vaşinqtondakı davada iştirak edənlərin olduğu da bildirilmişdi.

ABŞ prokurorları may ayında baş verən hadisə ilə bağlı Ərdoğanın 12 mühafizəçisinə qarşı ittihamlar irəli sürüb.

Vaşinqton polisi Türkiyə təhlükəsizlik əməkdaşlarının nümayişçilərə «vəhşi hücum» etdiyini bildirib.

Ankara isə Türkiyə səfirliyi önündə yer alan qarşıdurmaya görə YPG və PKK-nın məsuliyyət daşıdığını hesab edir.

«ABŞ ədliyyəsi tərəfindən ittiham edilən bu insanların, «G20» zirvəsi də daxil olmaqla Almaniya torpağına gələcəkdə ayaq basmamasını gözləmək üçün əsasım var», - Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Skifer Martin Schaefer deyib.

Almaniya mediası cənab Ərdoğanın 50 nəfərlik heyət siyahısında Vaşinqtondakı davaya qatılanların olduğunu da bildirir.

«Die Welt» qəzeti yazır ki, Almaniya hakimiyyəti həmin təhlükəsizlik işçilərinin ölkəyə gəlməməsini istəyib. Rəsmilər 7-8 iyulda keçiriləcək zirvə vaxtı böyük etiraz aksiyalarının baş verəcəyini gözləyirlər. Sammitdən əvvəl Hamburqa 15 minədək təhlükəsizlik əməkdaşının yerləşdirilməsi planlaşdırılır.