vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 avqust 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 1.9963 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1926 AZN
Türk lirəsi 1 TRY = 0.4822 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
11:00 | 28 iyun 2017 | Çərşənbə Məqaləyə 835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

300 ildir əsir olan şeirimiz

«Uzun saçlar», «topuğacan hörüklər», «pərişan zülflər»...

Salam SARVAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Ey dil, Azərbaycan şeiri yarandığı dövrdən əsasən cananla məşğul. Vay dədəə, şeirimiz bu müddətdə cananın qarşısında nə hoqqalardan çıxmış?! Əzilib-büzülmüş, ağlayıb-sıtqamış, diz çökmüş, yerə yıxılıb ağnamış, bir sözlə, hər cürə vəsli-yari-dili-bəzmü-nəvayi-peymanturluqlar etmiş.

Ey əsiri-dami-ğəm, hərçənd minillik sevgi şeirimiz lox və fərasətsiz. O, indiyədək cananı «yoldan çıxara» bilməməkdə. O, hələ də ol sitəmkarın zülmündən dili-bimar vəziyyətdə. O, hələ də «qayıt!» yalvarışlarıyla cananın zəhləsini tökməkdə. Baxmayaraq ki, həmin canan otuz il bundan qabaq çıxıb getmiş və hal-hazırda doqquz uşaq anası. Hətta ona da baxmayaraq ki, bu doqquz uşağın böyüyü adam yortmağa görə on ildi ki, həbsxanada.

Ey qaşıxurma, şairlərimiz çox utancaq olduqlarından 300 il ərzində yalnız sevgili-cananın tükləriylə məşğul olmuşlar. Bu 300 ilin 150-si yarın siyah tellərinə, 100-ü hilal qaşlarına, 50-si ox kipriglərinə getmiş.

Ey saçıburma, öz dilləriylə desəm, bu şairlər lap əvvəllər təkcə cananın zülfünün pabəstəsi olublar: «uzun saçlar», «topuğacan hörüklər», «pərişan zülflər»... Və bu haqqısab dəbdə dəyişikliklərin baş verməsinədək – cananın öz saçlarını kəsdirməsinədək davam etmiş. Bax da, sevgi şerimizdə «kare saçlar», «kaskad saçlar», «şapuçka saçlar» ifadələrinə rast gəlmisənmi?

Ey çəmənpişvaz, hərçənd sevgi şeirimizin tarixi dəhşətli bir şeyi də göstərir: təkcə kişi şairlərimizin qadın cananlarının yox, elə qadın şairlərimizin kişi cananlarının da telləri nədənsə uzun olmuş. Hər halda 19-cu əsr şairəsi Heyran xanımın şeirlərindən belə məlum:


Şanə çəkibən çin-çin elə, sal üzə zülfün,Qüllab kimi ol ucları rüxsarə qayıtsın.


Ey məhi-tavan, onu deyirdim axı... Məhz canan saçlarını kəsdirəndən sonra şeirə yeni nəfəs gəlmiş, şairlər həmin zamandan başlayaraq onun hilal qaşlarına daraşmışlar. Bundan əlli il sonra isə sürmənin kəşf olunmasıyla şeirdə cananın kiprigi də görünməyə başlamış. Bu da o səbəbdən ki, yar özü şairlərə müjgan oxları atmış, yəni özü «girişmiş». Və nə sirri-xudadırsa, bu oxlar bir qayda olaraq şairlərin ürəyinə dəymiş.

Hər halda, bütün klassikanı ələk-vələk etməyimə rəğmən, alnının ortasından vurulan bir dənə də şairə rast gəlmədim.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)