vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
13:44 | 28 iyun 2017 | Çərşənbə Məqaləyə 2991 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təsadüfi deyil ki, virus sözü «RUS»la bitir»

Ukraynanın erməni nazirindən «Petya»dan danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəsmi Kiyev hesab edir ki, bir neçə gündür bəzi ölkələrdə xeyli fəsadlar törətmiş «Petya.A» virusunun yayılmasında rusiyalı hakerlərin əli ola bilər. Xatırladaq ki, bu virusdan ən çox əziyyət çəkən ölkələr arasında Rusiyanın özü də var.

Virtualaz.org xəbər verir ki, Ukraynanın infrastruktur naziri, milliyyətcə erməni olan Vladimir Omelyan özünün «Facebook» səhifəsində kiberhücumlarda Rusiyanı ittiham edib. Məmurun fikrincə, bunu «virus» sözünün özü də sübuta yetirir.

«Təsadüfi deyil ki, «virus» sözü «RUS» hərf birləşməsi ilə bitir», - Omelyan öz səhifəsində yazıb.

Bildirək ki, «Petya.A» virusunun yayılması üzündən Ukrayna və Rusiyadan savayı, İtaliya, İsrail, Serbiya, Macarıstan, Rumıniya, Polşa, Argentina, Çexiya və Almaniya istifadəçiləri də zərər görüblər.