vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
16:56 | 1 iyul 2017 | Şənbə Məqaləyə 1850 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml qüvvələrini Qafqazda cəmləşdirəcək

Eyni zamanda nəhəng dəniz və kontinental dövlət olmaq mümkün deyil

Son az qala 20 il ərzində ilk dəfə Rusiyanın hərbi büdcəsi 5 faiz ixtisar edilib. Bu o deməkdir ki, Kreml müdafiə sahəsində tələbatın prioritetliyinin müəyyənləşdirilməsi baxımından çətin qərarlar verməyə məcburdur.

Virtualaz.org xəbər verir ki, Amerikanın özəl «Stratfor» kəşfiyyat-analitik şirkətinin proqnozunda söhbət Kremlin hərbi planlarından gedir. Qeyd edək ki, bu təşkilatı çox vaxt «kölgə MKİ» də adlandırırlar.

«Stratfor»un analitikləri hesab edir ki, maliyyə məhdudluğu üzündən Rusiya qüvvələrini daha dəqiq nizamlamalı və dəniz iddialarından əl çəkməlidir. Bütün qüvvələr cənub və qərb hərbi dairələrində cəmləşdiriləcək. Bu qüvvələr Baltikyanı ölkələr, Ukrayna və Qafqaza görə cavabdehdirlər.

Eyni zamanda, Kreml Arktikadakı «Şimal» Birləşmiş strateji komandanlığına diqqəti artıracaq ki, bura 2020-ci ildə hərbi dairə statusu qazanacaq. O, Rusiyanın əsas nüvə qüvvələrini özündə cəmləşdirir və silahlı qüvvələrin strateji istiqamətinə müvafiqdir.

«Stratfor»dan bildirilir ki, Rusiyanın müdafiə prioritetləri ölkə rəhbərliyinin təhlükəsizlik üçün ən böyük təhdidləri necə qiymətləndirdiyini ortaya qoyur. Moskvanın nöqteyi-nəzərinə görə, əsas təhdid mənbəyi, əvvəlki kimi, Rusiyanın qərb cinahına NATO qüvvələrindən qaynaqlanır. Bu isə güclü nüvə qüvvələri və gücləndirilmiş öldürücü yerüstü və hava silahlanması tələb edir.

Rusiya uzaq regionlara qüvvələrin çatdırılmasını nəzərdə tutan missiyasını da inkişaf etdirir. Bu regionlara Arktikadan tutmuş, Suriyaya qədər nəhəng ərazi daxildir. Bir şərtlə ki, orada dost mühit var. Bu şərtlərdən çıxış edərək, Kreml genişləndirilmiş strateji avianəqliyyat donanmasına malik çevik yerüstü qüvvələrin yaradılmasına daha çox diqqət yetirəcək.

Son nəhayətdə, Rusiya etiraf edir ki, eyni zamanda nəhəng dəniz və kontinental dövlət olmaq mümkün deyil.