vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNEY  
21:30 | 1 iyul 2017 | Şənbə Məqaləyə 2640 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mirzayi aclığı davam etdirir

Milli fəal aksiyaya başlayandan bəri hər gün 1 kq çəki itirir

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Onu qrup yaratmaqda günahlandırıblar»

«Məhkəmə onu ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qrup təşkil etməkdə günahlandırıb. Amma bu qrupun nə adı bəllidir, nə də harada və nə zaman təşkil olunduğu», deyə İbrahim Nuri hazırda Tehranın Evin həbsxanasında aclıq aksiyasında olan Siyamək Mirzayiyə qarşı çıxarılmış 10 il həbs və 2 il sürgün cəzasını dəyərləndirir.

Şərqi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan türk fəal Siyamək Mirzayinin həbs və məhkəmə prosesini anlatmaqla bərabər onun sağlıq durumu haqqında da məlumat verib.

İbrahim Nurinin dediklərinə görə, «Siyamək Mirzayi iyunun 17-də aclıq aksiyasına başlayandan sonra hər gün təqribən bir kiloqram çəki itirib. 77 kiloqram idi, indi 66.5 olub. Qan təzyiqi də aşağıdır».

Əhər Universitetinin hüquq tələbəsi həmçinin Siyamək Mirzayinin tutulma, dindirilmə və mühakimə prosesini şərh edir:

«Siyamək Mirzayi keçən ilin iyun ayında Parsabad şəhərində (Muğan bölgəsi) tutulandan sonra Tehranın Evin zindanına köçürülüb. Tehrana köçürüldüyü gündən 4 ay təkadamlıq kamerada, 3 ay da ümumi bölmədə saxlanıldığı zaman sorğu-suala çəkilib. İndi isə Evin həbsxanasının 8-ci bölməsindədir».

Siyamək Mirzayinin həbs və məhkəmə prosesində qanunsuzluqların baş verdiyini önə çəkən Nuri bunlardan bir neçə nümunəyə diqqət çəkir.

«Siyamək bəy Parsabadda tutulanda, məhkəmə onu ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət etməkdə günahlandıraraq, 2 gün nəzarət altında saxlanılmasına və [müvəqqəti sərbəst buraxılması üçün] 15 milyon tümən məbləğində zəmanət istəyir. Amma Tehranın Baharistan şəhərinin məhkəməsində bu ittiham dəyişir və olur; ölkənin təhlükəsizliyinə qarşı qruplar yaratmaq».

Siyamək Mirzayi 10 il həbs və iki il sürgün cəzasına məhkum edilsə də, hazırda bu hökmün icrası ilə həbsdə deyil. O, bir ildən artıqdır nəzarət altında saxlanılır. Baharistan məhkəməsi onun hökmün tam icra edilməsi zamanadək müvəqqəti azadlığı üçün bir milyard tümən məbləğində (təqribən 300 min dollar) mülki zəmanət istəyib. Məhbusun aclıq aksiyası ilə irəli sürdüyü tələblərdən biri bu məbləğin azaldılmasıdır.

İbrahim Nuri Siyamək Mirzayiyə qarşı ittihamların sənədsiz olduğunu önə çəkir: «Onu qrup yaratmaqda günahlandırıblar. Amma bu qrupun nə adı bəllidir, nə də nə zaman və harada təşkil olunduğu. Suçlamaların biri də budur ki, Siyamək Mirzayi 2006 may etirazları zamanında Parsabad şəhərində təhlükəsizlik qüvvələrinə daş atıb. Halbuki, Mirzayi o tarixdə küçədə ola bilməzdi. O daha əvvəl təhlükəsizlik qüvvələri tərəfindən tutulub və nəzarət altında saxlanılırdı...»

Türk fəal əlavə edir, «hakimiyyət Siyamək Mirzayi və başqa fikirdaşlarımıza verilmiş hökmlər ilə əslində milli hərəkatı cəzalandırır».