vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
22:37 | 1 iyul 2017 | Şənbə Məqaləyə 2710 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fəlakətdən fürsətlənən

«Grenfell» saxtakarı həbs edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Daily Telegraph» yazır ki, Londonda 52 yaşlı kişi saxtakarlıq edərək «Grenfell» göydələni yanğınında ailəsini itirdiyini iddia etdiyinə görə həbs olunub.

Məqalədə deyilir ki, həmin adam bu üsulla yeni mənzil və müavinət almağa çalışırdı.

Bu yaxında «Grenfell» yanğınında rəsmən 80 nəfərin həlak olduğu bildirilsə də, media əsl rəqəmin daha yüksək ola biləcəyini yazır.

Sözü gedən şəxs yanğından dərhal sonra sosial təminat orqanlarına müraciət edib və ona hətta xüsusi psixoloq da ayrılıb.

Polis artıq «Grenfell» binasının sakinləri ilə söhbətlər aparıb və onlar iddiaçını tanımadıqlarını bildiriblər.

London bələdiyyə polisi hətta bu adamın əslində yaşadığı ünvanı da aşkar edib. Ünvan yanğın baş verən binanın 40 kilometrliyində yerləşir.

Polis bunu da müəyyən edib ki, iddiaçının arvad-uşağı yerli-dibli olmayıb.