vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
17:09 | 3 iyul 2017 | Bazar ertəsi Məqaləyə 3323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xarici kreditlərdə iştirak payı artırılır

Hesablama Palatasının qanun layihəsi ilə bağlı rəy təqdim edib

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında» Qanunda nəzərdə tutulmuş dəyişikliklərin bir istiqaməti xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payı ilə bağlı olub.

Modern.az xəbər verir ki, Hesablama Palatasının qanun layihəsi ilə bağlı təqdim etdiyi rəyə əsasən, 2017-ci ilin dövlət büdcəsinin ilkin təsdiq edilmiş xərclərində 5 layihə üzrə təsdiq edilmiş 144,1 milyon manat məbləğində vəsaitin məbləği 167 milyon manat artırılıb. İlkin nəzərdə tutulmamış 1 layihə üzrə 3 milyon manat məbləğində vəsaitin ayrılması təklif edilib.

Beləliklə, xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının cəmi 170 milyon manat məbləğində artırılması nəzərdə tutulub.

Hesablama Palatası öz rəyində həyata keçirdiyi nəzarət tədbirləri və təhlillərə əsaslanaraq xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı ödənişlərin müqavilə şərtlərinə uyğunlaşdırılmasını məqsədəmüvafiq hesab edib.