vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
11:08 | 4 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı-Tiflis-Qars yolunu əngəlləmək istəyən «çox nüfuzlu adamlar»?

«Gürcü arzusu»nun siyasəti ermənin siyasətçilərinin arzusu ilə üst-üstə düşür

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi Türkiyə tərəfinin dəfələrlə verdiyi vədlərə baxmayaraq iyul ayında da baş tutmayacaq. Virtualaz.org xəbər verir ki, iyul ayında layihədə iştirak edən ölkələrin dəmir yollarının rəhbərləri növbəti dəfə toplaşaraq layihənin həyata keçirilməsinin gedişini müzakirə edəcəklər.

Fineko/abc.az agentliyinin iddia etdiyi kimi, türk mənbələri bildirir ki, Türkiyədən bu layihəni əngəlləmək üçün mümkün olanı etməyi xahiş edən «çox nüfuzlu adamlar» var. Hansı ki, həmin adamlar neçə illərdir ki, Azərbaycanın təşəbbüsü ilə başladılan bu dəmir yolunun tikintisini ləngidə biliblər.

Bu, bir tərəfdən xeyli qəribə görünür. Çünki Türkiyə özü də Avropa ilə Asiyanı birləşdirəcək bu strateji nəqliyyat dəhlizinin açılmasından iqtisadi, siyasi baxımdan çox maraqlıdır. Habelə öz ərazisində dəmir yollarını Gürcüstan dəmir yolları ilə birləşdirmək üçün mürəkkəb relyefə malik bölgədə illərdir gedən tikinti işlərinə yüz milyonlarla dollar xərcləyib. O zaman Türkiyə hansı «nüfuzlu adamların» istəyi ilə öz iqtisadi maraqlarına zərbə vura bilərdi?

İşlər isə doğrudan da başa çatmaq üzrədir. Ancaq hər dəfə nəsə problem meydana çıxır və dəmir yolunun istifadəyə verilməsinə dair elan edilmiş müddət təxirə salınır. Türkiyənin nəqliyyat naziri Ahmet Arslan Bakı-Tiflis-Qars dəmir yolu ilə ilk sınaq qatarının iyun ayında yola çıxacağını elan etmişdi. Lakin iyun başa çatdı və məlum oldu ki, Türkiyə ərazisində işlər hələ də başa çatmayıb. Yaxud Türkiyə tərəfinin dediyi kimi «işlər praktiki olaraq başa çatıb, ancaq bəzi problemlər var». Hansı problemlər və nədən Türkiyə ərazisində tikinti işlərini aparan podratçılar işləri tam yekunlaşdırmırlar, bunlar barədə ətraflı danışan yoxdur.

Avropa dəmir yolları Agentliyinin analitiki Roman Münqe RJD-Partner Rusiya agentliyinə açıqlamasında deyib ki, dəmir yolunun açılması bu ilin sonlarında baş tutacaq. Ekspert deyir ki, magistral artıq işə hazırdır, lakin son tamamlama işləri aparılmalıdır. Gürcüstanın dövlət «Mardaba-Kartasxi dəmir yolları» şirkəti isə bildirir ki, Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə veriləcəyi ilə bağlı yeni tarix 2018-ci ilin sonlarıdır. Hansı ki, bu şirkət Gürcüstan ərazisində tikinti işlərinə cavabdehdir.

Gürcü ekspert, nəqliyyat dəhlizləri araşdırmaları Mərkəzinin rəhbəri Paata Tsaqareişvili isə deyir ki, əsas problem Azərbaycanla Gürcüstan arasındadır. Çünki tərəflər hələ vahid tarif siyasətini müəyyən edə bilməyiblər.

Xatırladaq ki, Gürcüstan öz ərazisində dəmir yolunun tikintisini Azərbaycan Dövlət Neft Fondunun ayırdığı 775 milyon dollarlıq kredit hesabına həyata keçirib. Məlumatlara görə Gürcüstan istəyir ki, tarif məsələsində müstəqil siyasət yeritsin. Bu isə əsas səhmdar ölkə kimi Azərbaycanı qane edə bilməz. Çünki dəhlizin uğurlu fəaliyyəti üçün vahid tarif siyasəti böyük əhəmiyyət daşıyır.

Digər tərəfdən Azərbaycan şərt qoyub ki, Bakı-Tiflis-Qars dəmir yolu ilə Ermənistan yükləri daşına bilməz. Hansı ki, bu dəmir yolunun tikintisindən ən çox narahat olan Ermənistandır və bu ölkə başa düşür ki, layihənin həyata keçirilməsi onun təcrid olunmasını daha da gücləndirəcək. Lakin belə məlumatlar var ki, Gürcüstandakı «Gürcü arzusu» hökuməti Ermənistan yüklərinin də bu dəhlizə buraxılmasına meyllidir. Azərbaycan isə təbii ki, heç bir halda buna imkan verə bilməzdi.