vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REPORTYOR  
21:34 | 4 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 3658 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İşləri 8-9 aya yekunlaşdıracağıq»

«Hacı Cavad» məscidinin tikinti meydançasında nələr baş verir?

Ülviyyə XUDİYEVA, Foto Samirə HƏSƏNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1-də prezident İlham Əliyevin göstərişi ilə «Sovetski» məhəlləsinin sakinləri üçün tikilən «Hacı Cavad» məscidi görkəminə görə əvvəlki məsciddən fərqli olacaq. Tarixi-memarlıq üslubunda tikiləcək məscidin ibadət evində eyni vaxta 700-800 dindar ibadət edə biləcək. İnzibati bina, dəstəmaz otaqları, hətta cənazə yumaq üçün ayrıca otaqlar inşa olunur.

Virtualaz.org saytının əməkdaşları yeni «Hacı Cavad» məscidinin tikintisi ilə maraqlanmaq üçün ərazidə olublar. Məscidin tikintisində hər gün 30-40 fəhlə çalışır. Artıq işlərin bir qismi yekunlaşıb. «İnzibati binanın tikintisi yekunlaşmaq üzrədir. Yaxın günlərdə məscid binasının birinci mərtəbəsi hazır olacaq»,- tikintidə çalışanlar söyləyiblər.

Onların sözlərinə görə, tikinti işləri Yasamal Rayon İcra Hakimiyyətinin nəzarətindədir. Hər gün əraziyə baxış keçirilir, tapşırıqlar verilir.

«Hacı Cavad» məscidinin icma sədri Kənan Əzizov da virtualaz.org saytına tikinti işləri ilə bağlı məlumat verib. «Məscid bir gümbəzli, bir minarəli olacaq. Minarənin hündürlüyü 32, gümbəzin hündürlüyü isə 18 metr olacaq. Ən əsası isə ibadət otağının geniş və rahatlığıdır, layihəyə əsasən 800-ə yaxın inanclının ibadətinə şərait yaradılacaq», - K.Əzizov söyləyib.

Layihədə birinci mərtəbə kişilər, ikinci mərtəbə qadınlar üçün ibadət otaqları nəzərdə tutulub. İbadət evi 29 metrdən hündür olacaq, məscidin ümumi hündürlüyü isə 18 metrə çatacaq. Əsas hissədə gümbəz, yan hissədə kişi və qadınlar üçün dəstəmaz otaqları inşa ediləcək.

K.Əzizov qeyd edib ki, ümumilikdə 14 sot ərazidə tikiləcək məsciddə inzibati bina, mədrəsələr də nəzərdə tutulub. «Bu məsciddə inzibati bina, axund otağı olacaq. Məscid prezident İlham Əliyevin ayırdığı maliyyə vəsaiti hesabına tikilir. Buna görə də ərazidə yaşayan bütün dindarlar İlham Əliyevə minnətdardılar. Məhz prezidentin tapşırığı ilə ərazidə yaşayanların rahat ibadəti üçün məsciddə hər şəraiti yaradacaqlar».

Layihədə məscidin inzibati binasında çalışanlar üçün istirahət otağı, mətbəx də nəzərdə tutulub. Maraqlıdır ki, yeni məscid memarlıq abidələrindən fərqlənməyəcək, milli üslub və rəngarənglik məscidə möhtəşəm görkəm verəcək.

İş icraçıları onu da deyirlər ki, tikinti sürətlə getdiyindən 8-9 ay ərzində yekunlaşacağı planlaşdırılır. ««Bizə məscidin 11 ay ərzində təhvil verilməsi tapşırılıb. Tikinti işləri sürətlə gedir, çox güman ki, işləri 8-9 aya yekunlaşdıracağıq».

Bu il Ramazan ayında bünövrəsi qoyulan «Hacı Cavad» məscidinin gələn ilin Ramazan bayramında istifadəyə verilməsi nəzərdə tutulub.