vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
22:06 | 5 iyul 2017 | Çərşənbə Məqaləyə 1360 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistan insanlığa qarşı cinayət törədib»

Vadim Karasyov: «Qarabağ münaqişəsini dondurulmuş yox, közərən münaqişədir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Mülki əhalinin yaşadığı Azərbaycan kəndinə planlaşdırılmış artilleriya zərbəsi insanlığa qarşı hərbi cinayət kimi təsnif edilməlidir. Erməni hərbçiləri tərəfindən Azərbaycanın yaşayış məntəqəsinin atəşə tutulmasını və onun sakinlərinin qətlə yetirilməsini virtualaz.org-a şərhində ukraynalı politoloq Vadim Karasyov belə xarakterizə edib.

Politoloq qeyd edir ki, bu cür hallarda beynəlxalq təşkilatlar təhqiqat aparmalı və açılmış atəşin planlaşdırılmış olub-olmamasını və onun kim tərəfindən həyata keçirilməsini müəyyənləşdirməlidir. Sivil dünya normalarına görə, bununla bağlı ilk təhqiqatı Ermənistan rəhbərliyi aparmalı və insanların ölümünə gətirib çıxarmış hadisənin kimin əmri ilə gerçəkləşdirildiyini təyin etməldiir.

Bununla birlikdə, V.Karasyov narahatlığını bildirir ki, Azərbaycanın simmetrik cavabı müharibənin bərpasına və daha çox qan tökülməsinə səbəb ola bilər.

«Artıq 30 ilə yaxındır ki davam edən Qarabağ münaqişəsini dondurulmuş hesab etmək mümkün deyil. Onu közərən münaqişə adlandırmaq daha doğru olardı, çünki istənilən an alovlana bilər...» – politoloq əlavə edib.