vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
14:37 | 6 iyul 2017 | Cümə axşamı Məqaləyə 2405 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp Rusiyaya qarşı sərt danışdı

Putinlə görüş ərəfəsində...

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Mərkəzi Avropada sülh və təhlükəsizliyin qorunub-saxlanmasında sadiqdir və Rusiyanın hərəkətləri və pozucu hərəkətlərinə qarşı birgə iş aparır» Bunu ABŞ prezidenti Donald Tramp iyulun 6-da Varşavaya səfəri zamanı deyib.

Tramp Polşa prezidenti Anjey Duda ilə görüşdən sonra bir daha Vaşinqtonun NATO qarşısındakı öhtəliklərini təsdiqləyib: «Bizim NATO və Polşa ilə güclü ittifaqımız münaqişənin qarşısının alınması və bir daha böyük dövlətlər arasında müharibənin Avropanı dağıtmaması, dünyanın daha təhlükəsiz və yaxşı olmasına təminat üçün çox vacibdir».

Donald Tramp Polşada Mərkəzi və Şərqi Avropa ölkələrinin liderləri ilə görüşəcək, bundan sonra isə televiziya ilə Polşa xalqına müraciət edəcək. Bu gün Varşavada «3 dəniz təşəbbüsü» adlı sammit keçirilir. Bu qrup Baltik, Adriatik və Qara dənizə çıxışı olan 10-dan çox ölkəni birləşdirir.

Trampın Varşavaya səfəri zamanı Polşaya ABŞ istehsalı olan «Patriot» hava hücumlarından müdafiə sistemləri verilməsi barədə sənəd imzalanıb. Polşanın müdafiə naziri Antoni Macerevic deyib ki, artıq 2022-ci ildən sistemin alınmasına başlanacaq və bu kompleks «istənilən düşmənin» qarşısında Polşanın təhlükəsizliyini təmin edəcək, Rusiyanın «İsgəndər» sisteminə qarşı effektli bir sistem olacaq.

Mecerevic həmçinin deyib ki, Polşa bu yaxınlarda ABŞ-ın «Lockheed Martin» konsernindən uzaq məsafəli «Homar» raket sistemi almaq qərarına gəlib. ABŞ-ın müdafiə nazirliyi iyunda Polşanın Redzikovo qəsəbəsindəki «Aegis Ashore» hava hücumlarından müdafiə sistemininin təkmilləşdiriləcəyini bəyan edib. Bu baza Rusiyanın Kalininqrad vilayətinin 250 kilometrliyində yerləşir.

ABŞ prezidenti Donald Tramp «Böyük 20-lər ölkələri» ninin sammitinə qatılmaq üçün günün sonununda Varşavadan Almaniyanın Hamburq şəhərinə yollanacaq. İyulun 7-də onun sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur.