vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
16:23 | 6 iyul 2017 | Cümə axşamı Məqaləyə 2636 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vyana görüşündən imtina edilməlidir»

Sabiq nazirdən təklif: «Azərbaycan Minsk qrupu ilə münasibətləri bir müddət dayandırmalıdır»

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«ATƏT-in Minsk qrupunun təsir mexanizmləri yoxdur. Birləşmiş Millətlər Təşkilatı (BMT) yeganə qurumdur ki, onun sülhə məcbur etmə siyasəti var. Amma ATƏT və digər beynəlxalq təşkilartların nizmanaməsi imkan vermir ki, onlar hansısa ölkəni sülhə məcbur etsin. Bu baxımdan məsələ doğurudan da gərgindir».

Bunu Modern.az-a açıqlamasında keçmiş xarici işlər naziri  Tofiq Zülfüqarov deyib.

Sabiq nazir bildirib ki, Azərbaycan məsələləri sülh yolu ilə həll etmək istəyir, amma  Ermənistan hər zaman buna maneçilik törədir və demək olar ki, sülh prosesini tam şəkildə pozur.

«Sadəcə olaraq danışıqlar prosesi gedir. Təbii ki, bu da Azərbaycan tərəfindən qəbul olunmur. Ermənistan tərəfinin məqsədi təmas xəttinin sərhəd olmasıdır. Təəssüflər olsun ki, Minsk qrupunun həmsədrləri də buna qarşı çıxmırlar».

T.Zülfüqarov qeyd edib ki, Azərbaycan tərəfi cəbhədə baş verən son hadisədən sonra Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir.

«Hesab edirəm ki, Azərbaycan ATƏT-in Minsk Qrupu ilə münasibətləri bir müddət dayandırmalı, Vyana görüşündən imtina etməlidir. Həmçinin cəbhə bölgəsində mülki əhalinin təhlükəsizliyi təmin edilməsə, danışıqları bərpa etmək niyyətində olmayacağını açıqlamalıdır. Şərtlərdən biri də erməni işğalçı ordusunun cəbhə xəttində indiki mövqeyindən 5-10 kilometr geriyə çəkilməsi ilə bağlı olmalıdır. Yalnız bunlar həyata keçirildikdən sonra biz görəcəyik ki, Ermənistan tərəfi danışıqlara hazırdır. Hesab edirəm ki, bu şərtləri irəli sürməliyik. Həmsədrlər də bu tələbləri təmin etməlidirlər. Fikrimcə, Azərbaycan tərəfi bunları etsə, daha məqsədəuyğun olar».