vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
19:23 | 7 iyul 2017 | Cümə Məqaləyə 1150 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Girməyə siçan dəliyi axtaran düşmən

Ermənistan ordusu mövqelərinin darmadağın edilməsinin görüntüləri yayıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Qisas görüntüləri

Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə və taborun müdafiə rayonuna atəş zərbələri vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri endirib.

Nazirlik atəş zərbələrinin əks olunduğu kadrlar yayıb.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun zərbələri nəticəsində verdiyi itkilərin bir hissəsini təsdiq edib.

Virtualaz.org bildirir ki, erməni KİV-in Ermənistan Müdafiə Nazirliyinə istinadən yaydığı sitatda deyilir: «Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində hərbi qulluqçular Robert Novruzoviç Qasparyan (1969), Ambartsum Karapetoviç Arutunyan (1997) və Vaqe Qaqikoviç Badalyan (1998) müxtəlif dərəcəli qəlpə yaraları alıblar».