vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
17:54 | 10 iyul 2017 | Bazar ertəsi Məqaləyə 1357 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Separatçılar qaçaqmalçılıqla «mübarizə aparır»

Rusiya və erməni sərhədçiləri sərhədi pozanların Qarabağa keçmək cəhdinin «qarşısını aldılar»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Sərhəd Xidməti ilə Ermənistan sərhədçiləri bu gün birgə hərbi təlimlərə başlayıblar. «Sputnik»ə istinadən bildirir ki, hərbi təlimdə Ermənistan-İran sərhədinin qorunması, həmçinin, şərti qaçaqmalçıların «Dağlıq Qarabağ Respublikası»na keçməsinin qarşısının alınması ssenarisi sınaqdan keçirilib.

«İki şərti sərhəd pozucusu İrandan Ermənistana keçərək, Dağlıq Qarabağda gizləniblər. Döyüş tapşırığına uyğun olaraq, sərhədpozucularının axtarışı aparılıb və təlim uğurla başa çatdırılıb», - deyə Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, 1992-ci il 30 sentyabr tarixində imzalanan müqaviləyə əsasən Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini rus hərbçiləri qoruyur.

Onu da xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd idarəsinə dörd sərhəd dəstəsi və Yerevan beynəlxalq aeroportu Zvartnosda fəaliyyət göstərən ayrıca nəzarət-buraxılış məntəqəsi daxildir.