vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
22:22 | 9 iyul 2017 | Bazar Məqaləyə 1653 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü

Qardaş ölkələrin prezidentləri birlikdə şam etdilər

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • İlham Əliyev İstanbulda
  • İlham Əliyev İstanbulda
  • İlham Əliyev İstanbulda
  • İlham Əliyev İstanbulda
  • İlham Əliyev İstanbulda
  • İlham Əliyev İstanbulda

APA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Daha sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə şam ediblər.

Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresinin Türkiyədə keçirilməsi münasibətilə prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Söhbət zamanı ölkələrimiz arasında energetika sahəsində strateji əhəmiyyətli layihələrin uğurla icra olunduğu qeyd edildi, xüsusilə TANAP layihəsinin gələn il başa çatacağı məmnunluqla vurğulanıb. Azərbaycan və Türkiyə prezidentləri ölkələrimizin hərbi sahədə əməkdaşlığının daha da genişləndirilməsi və möhkəmləndirilməsi haqqında söhbət ediblər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi. Prezident İlham Əliyev son vaxtlar təmas xəttində Ermənistanın təxribatları və hərbi cinayətləri barədə Türkiyə Prezidentinə ətraflı məlumat verib. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin həmişə olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyini vurğulayıb.

Dövlət başçıları qeyd ediblər ki, Türkiyə və Azərbaycan bütün məsələlərlə bağlı bir-birinin yanındadırlar.

Qeyd edək ki, bu gün prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfər edib.


***

 

15:40

Prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyə Respublikasına səfərə gedib.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan Prezidentini İstanbul valisi Vasif Şahin və digər rəsmi şəxslər qarşılayıblar.