vaxtlı-vaxtında oxuyun! Cümə, 24 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0123 AZN
Rusiya rublu 1 RUB = 0.0291 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2659 AZN
Türk lirəsi 1 TRY = 0.4329 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ENERGETİKA  
21:04 | 10 iyul 2017 | Bazar ertəsi Məqaləyə 326 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Regionun ən böyük enerji layihələri Azərbaycanla əlaqəlidir

İlham Əliyev 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirak edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Konqres ötən il iyulun 15-də Türkiyədə baş verən hadisələr zamanı həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.

Dünya Neft Şurasının sədri Cozef Tot 1933-cü ildə yaradılan bu qurumun dünya neft sektorunun bütün sahələrini əhatə etdiyini və hər üç ildən bir keçirildiyini bildirdi. Bu dəfə İstanbulda «Enerji gələcəyimizə körpülər» devizi altında təşkil olunan 22-ci Dünya Neft Konqresinə 100-dən çox ölkədən 50 nazirin, 5 mindən çox dövlət nümayəndəsinin və şirkət rəhbərlərinin qatıldığını deyən Cozef Tot Konqres çərçivəsində aparılan müzakirələrin faydalı olacağına əminliyini ifadə etdi.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Konqresə ev sahibliyi etməyin Türkiyə üçün qürurverici olduğunu deyərək Moskvada keçirilən son Konqresdən sonra bir çox işlərin görüldüyünü, mühüm nəticələrin əldə olunduğunu bildirdi. Son illərdə Türkiyədə neft-qaz sektorunun inkişafı ilə bağlı görülən işlərdən danışan nazir enerji sahəsinə artan tələbatın ödənilməsinin, özəl sektorda yatırımların həcminin artırılmasının, milli enerji siyasətinin təməl prinsiplərinin gücləndirilməsinin diqqət mərkəzində saxlanıldığını vurğuladı. Qarşıda duran vəzifələrdən danışarkən Berat Albayrak boru kəməri layihələrinin genişləndirilməsinin də əhəmiyyətinə toxundu, qlobal enerji layihələrində Türkiyənin hər zaman təbii müttəfiq olacağını bildirdi.

Sonra müasir dövrdə həyatın və sivilizasiyanın mənbəyi olan enerjinin əhəmiyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.

Bolqarıstanın Baş naziri Boyko Borisov çıxışında Balkan regionunda neft-qaz sektoru baxımından önəmli mövqeyə malik olan ölkəsinin gələcəkdə Avropanın təbii qazın paylanması mərkəzinə çevrilmə ehtimalının böyük olduğunu bildirdi və bu məsələdə Balkan regionunun əhəmiyyətindən danışdı. O, Azərbaycandan gələn təbii qazın qəbulu və ötürülməsində də Bolqarıstanın önəmli rol oynadığını diqqətə çatdırdı.

Albaniyanın Baş naziri Edi Rama da neft-qaz sektorunun inkişafı sahəsində ölkəsinin böyük imkanlarının olduğunu, bu baxımdan Balkan regionunda önəmli məntəqəyə çevrildiyini bildirdi. Neft-qaz, ümumiyyətlə, enerji sektorunda Albaniyanın böyük perspektivlərindən danışan Edi Rama Xəzərdən gələn enerjinin 2020-ci ildə Avropaya çatacağını və Albaniyanın da təbii qazın qitəyə ötürülməsində önəmli məntəqə olduğunu dedi, enerji sahəsində fəaliyyət göstərən şirkətləri ölkəsinə sərmayə qoymağa dəvət etdi.

«Dünyada önəmini qoruyub saxlayan enerji sektorunun müasir dövrdə ölkələrin və xalqların mənafeyinə xidmət etməsi vacibdir», - deyən Türkiyənin Baş naziri Binəli İldırım bu sahədə ölkəsinin həyata keçirdiyi tədbirlərdən danışdı, enerji təhlükəsizliyinin siyasi problemlərinin həllinə, sülhün təmin olunmasına xidmət etməsinin vacibliyini bildirdi. Binəli İldırım Türkiyənin Azərbaycan və Gürcüstan ilə birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin önəmini vurğuladı.

Sonra Türkiyənin dünya enerji xəritəsində oynadığı roldan bəhs edən növbəti videoçarx göstərildi. Videoçarxda Türkiyənin mədəniyyətindən, geosiyasi mövqeyindən, bu ölkənin bölgədə sülhün və təhlükəsizliyin qorunmasındakı rolundan danışıldı. Qədim zamanlarda İpək Yolunun kəsişməsində yerləşən Türkiyənin bu gün enerji kəmərlərinin kəsişdiyi nöqtədə durmasının əhəmiyyəti vurğulandı.

Hazırda enerji təminatının ölkəsinin xarici siyasətində ən önəmli yerlərdən birini tutduğunu deyən Serbiya Prezidenti Aleksandr Vuçiç bu məsələ ilə bağlı gələcəyə yönələn tədbirlərdən danışdı, beynəlxalq əməkdaşlığın diqqət mərkəzində saxlandığını bildirdi. Etibarlı enerji tədarükünün Serbiya üçün xüsusi önəm daşıdığını deyən Aleksandr Vuçiç ölkəsinə ixrac olunan mavi yanacağın həcminin artırılması ilə bağlı tədbirlərin görüldüyünü vurğuladı, alternativ enerji mənbələri ilə bağlı həyata keçirilən siyasətin Serbiyanın gündəmində olduğunu diqqətə çatdırdı.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *