vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ELM-TEXNİKA  
13:29 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 3009 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni virus yayıldı

«CopyCat» smartfonlar üçün təhlükədir

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya üzrə 14 milyondan çox smartfon istifadəçisi «CopyCat» virusu vasitəsilə haker hücumuna məruz qalıb. VAXT.AZ lent.az-a istinadən xəbər verir ki, bu barədə İT təhlükəsizliyi sahəsində fəaliyyət göstərən ABŞ-ın «Check Point Software Technologies» şirkəti açıqlama yayıb.

Virus «Android» əməliyyat sistemi ilə çalışan mobil cihazın proqram təminatına daxil olaraq istənilən əlaqə nömrəsini seçir və onlara təsvirlər göndərir. Bu mesajı açan istifadəçi avtomatik olaraq virus proqramını yükləmiş olur. Smartfon sahibi uzun müddət cihazın işində hər hansı dəyişiklik görmür, antivirus proqramları isə təhlükənin qarşısını ala bilmir.

«CopyCat» tərtibatçıları virusa yoluxmuş telefonlardan heç də az olmayan gəlir əldə edirlər. Artıq onların 1,5 milyon dollar qazandığı bildirilir.

Haker hücumundan ən çox Cənub-Şərqi Asiya sakinləri zərər çəkib. Təxminən 230 min amerikalının da «CopyCat»ın qurbanı olduqları xəbər verilir.